15 aprel 2011 19:12
“Qarabağ güclü komandadı, amma…”
“Bakı”nın hollandiyalı yarımmüdafiəçisi Adnan Bərəkət Azərbaycan Premyer Liqasının 27-ci turunun “Bakı” - “Qarabağ” oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları dilə gətirib:
“Çətin və vacib oyunlardan biridi. “Qarabağ” güclü rəqibdi. Amma biz də idiialıyıq. Bu oyunda asan təslim olmayacayıq. Yaxşı oyun göstərib, qələbə qazanmaq istəyirik. Hər oyunda olduğu kimi sabah da meydana yalnız qələbə üçün çıxacayıq. Azarkeşlərimizi bizə dəstək olamağa çağırıram”.
Qeyd edək ki, adıçəkilən qarşılaşma 16 aprel 2011-ci il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyun saat 18:00-da başlayacaq.
