15 aprel 2011 19:32
Qurban Qurbanov: Qəbələ`nin Vüqar və Elvinlə maraqlanması normaldı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ”nin Elvin Məmmədov və Vüqar Nadirovla maraqlanması haqda xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Başqa klubların bizim futbolçularla maraqlanması tamamilə normal faktdı. Bunda heç bir qəribəlik görmürəm. Vüqar və Elvinin “Qəbələ”yə keçmək istəyi tamam ayrı işdi. Bunu onlardan soruşmaq lazım olacaq. Futbolçu kimi onlar iş yerini seçmək hüququnu özlərində saxlayırlar. Ancaq “Qarabağ” onları komandada saxlamağa çalışacaq”.
