16 aprel 2011 20:51

Qarabağ da xal itirdi, XL da (YENİLƏNİB)

Bu gün Premyer Liqada 27-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə 3 qarşılaşma keçirilib.

Tura ikinci altılığın “Muğan” – “Turan” qarşılaşmasıyla start verilib və Bakıda baş tutan görüş nominal meydan sahiblərinin qələbəsiylə bitib. Lakin digər görüşlər medallar uğrunda mübarizə aparan komandalar arasında olub Lider “Neftçi”nin izləyicilərindən “Qarabağ” “Bakı”nın qonağı olub və qarşılaşma qolsuz başa çatıb. “Xəzər Lənkəran” isə dogma meydandan son çempion “İnter”lə münasibətlərinə aydınlıq gətirib və qələbəni əldən verib.
 
Premyer Liqa
27-ci tur
16 aprel (şənbə)
 
XƏZƏR LƏNKƏRAN - İNTER - 1:1 (1:1)
Qol: Uinston Parks, 17 (1:0), David Odikadze, 28 (1:1)
Lənkəran. Şəhər mərkəzi stadionu.
 
Oyun başladı
XL daha fəal görünür. Qonaqlar isə elə ilk dəqiqələrdən əks-hücum taktikası seçib və əsasən müdafiəyə diqqət yetirirlər
Meydan sahibləri topa daha çox nəzarət edən tərəf olsa da, təhlükəli vəziyyət yarada bilmirlər
16. Danildo Assioli meydan sahiblərinin hücumçusu Uinston Parksa qarşı kobud oyuna görə sarı vərəqə alır
17. Parks cərimə vuruşundan dəqiq zərbə ilə çempionun qapısına yol tapır - 1:0
Rövşən Əmiraslanovun uzaqdan zərbəsini Kamran Ağayev tutur
31. David Odikadze müdafiəçilərdən topu oğurlayaraq, hesabı bərabərləşdirir - 1:1
30. "İnter"də erkən əvəzləmə: Mjavanadzenin əvəzində meydana Arif Daşdəmirov çıxır
34. Meydan sahibləri Əmiraslanovu zədələyirlər və o oyunu davam etdirə bilmir
37. Əmiraslanovu Asif Məmmədov əvəzləyir
40. "İnter"in əks-hücumu zamanı Kamran komandasını qoldan xilas edir
45. Vobayın asmasından sonra D.Kruqlov topu meydandan çıxarır
İlk yarıya 2 dəqiqə əlavə vaxt təyin olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
İkinci hissəyə XL oyunçu dəyişikliyi ilə başlayır. Simao Brunonun əvəzinə meydana Muşat daxil olur
49. XL-ın cərimə meydançasında yerdə qalan Odikadzeyə qarşı qonaqlar qayda pozuntusu olduğunu iddia etsə də, hakimin fiti susur
52. "İnter"in künc zərbəsindən sonra Çertoqanovun zərbəsi qapının üstündən keçir
56. XL təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirir. Qapı qarşısına göndərilən topun qarşısını müdafiəçilər alır
58. Elnur Abdullayevin zərbəsi qapının üstündən keçir
63. XL-da E.Abdullayevin yerinə meydana Tural Cəlilov daxil olur
75. "İnter"in qapısına təhlükəli nöqtədən cərimə zərbəsi təyin olunur. Vobayın zərbəsi canlı səddən döyür
79. "İnter"in təhlükəli hücumu zamanı K.Ağayev topu tutur
80. Vobayın zərbəsindən sonra Lomayanın toxunduğu top qapı tirinə dəyərək meydanı tərk edir
81. XL-da Oparanın əvəzinə meydana Kyaku daxil olur
82. "İnter"də Odikadzenin əvəzinə meydana B.Çervenko daxil olur
89. Lomaya Vobayın yaxın məsafədən zərbəsini qaytarır
Matç başa çatdı
 
BAKI - QARABAĞ - 0:0 (0:0)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Oyun başladı
"Qarabağ" görüşə daha fəal başlasa da, hələlik qapılar qarşısında real təhlükə yaranmayıb
10. Boretsin uzaqdan zərbəsini Bojan Pavloviç çətinlik çəkmədən zərərsizləşdirir
13. Adamiya hesabı açmağa yaxın olsa da, zərbəsi dəqiq alınmır
14. Əfran İsmayılovun daha çox asma xarakteri daşıyan zərbəsinin tirin altına getməsin son anda Marko Şarliya mane olur
15. Elvin Məmmədov Şarliyaya qarşı kobud oyuna görə sarı vərəqə alır
20. Borets Elvinə qarşı kobud oynadığı üçün sarı vərəqə ilə cəzalanır
32. Vaqif Cavadovun "Qarabağ"ın qapısına təyin edilən cərimə zərbəsini Pavloviç zərərsizləşdirir
35. Əfranın zərbəsini Şarliya tuta bilir
38. Rauf Əliyevin uzaqdan vurduğu təhlükəli zərbəni Şarliya iki cəhddə çətinliklə dəf edə bilir
44. "Qarabağ" hesabı açmaq üçün yaxşı imkan qazansa da, şansını dəyərləndirə bilmir
Birinci hissənin əsas vaxtına 1 dəqiqə əlavə olunur
İlk hissə başa çatdı
İkinci hissə başladı
Tərəflər fasilədən sonra daha fəal görünür
54. Əfranın cərimə zərbəsindən vurduğu topu Şarliya tutur
58. "Bakı"da birdən-birə iki əvəzləmə. Adnan Bərəkəti Vyaçeslav Sofroni əvəzləyir
59. Ruslan Leviqanın əvəzində isə meydana Leonardo Roşa çıxır
61. Əfranın kifayət qədər təhlükəli zərbəsini Şarliya zədələnmək bahasına kornerə çıxarır
63. Aleksandr Şoliç sarı vərəqə alır
66. Künc zərbəsi zamanı Şarliya çıxışda səhvə yol versə də, qonaqların heç bir üzvü bu şansdan yararlana bilmir
68. Adamiyanı Nderim Nedzipi əvəzləyir
70. Savinovun kobud səhvindən sonra Əfran hesabı açmağa borclu olsa da, şansını dəyərləndirə bilmir
75. Əfranı Vüqar Nadirov əvəzlədi
76. Rəşad Sadıqovun cərimə zərbəsini Şarliya çətinliklə də olsa, dəf edir
77. Aleksandr Şoliçi Mahmud Qurbanov əvəzləyir
81. "Qarabağ" daha bir əla qol şansını əldən verir
82. Sadiqovun zərbəsini Şarliya tutur
85. Roşa fərdi ustalığı sayəsində hesabı açmağa yaxın olsa da, Pavloviç sayıqlığını itirmir
89. Nadirov sağ cinahla əla keçid edib, qapı qarşısına ideal ötürmə etsə də, oyundaşları bunu dəyərləndirə bilmir
Oyunun əsas vaxtna 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
MUĞAN - TURAN - 2:1 (2:1)
Qollar: Cavid Tağıyev, 3 (0:1). Samuel Barlay, 12 (1:1), Anxel Qutyerres, 20 (2:1).
Bakı. "Şəfa" stadionu.
 
Oyun başladı
2. Samuel Barlay əla zərbə ilə hesabı açmağa yaxın olsa da, "Turan"ın bəxti gətirdi
3.  Cavid Tağıyev gözəl zərbə ilə qonaqları hesabda önə keçirir - 0:1
"Turan" oyuna çox fəal başlayıb
9. Tovuzlular Rəşid Həsənovla ikinci qolu vurmağa yaxın olsa da, aşırma zərbəsində azca dəqiqlik çatışmadı
12. Barlay qonaqları cəzalandırmaqla, hesabı bərabərləşdirir - 1:1
20. Anxel Qutyerres dəqiq zərbə ilə meydan sahiblərinə əzmkar qələbə qazandırır - 2:1
25. Ekrem Hodziç sarı vərəqə alır
34. Barlayın daha bir təhlükəli zərbəsini son anda müdafiəçi kornerə çıxarır
39. Rəşid Həsənovdan akrobatik tullanışla həyata keçirilən daha bir təhlükəli zərbədə azca dəqiqlik çatışmır
44. Qutyerres simulyasiyaya görə sarı vərəqə alır
İlk yarının əsas vaxtına 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Amil Ağacanov iki dəfə ardıcıl "Turan"ın qola sevinməsinə imkan vermir
48. "Turan" daha bir əlverişli imkanı qaçırır
Tovuzlular ikinci hissəyə də çox fəal başlayıblar
56. "Turan"da Xəyal Qarayevi Fərmayıl Əliyev əvəzləyir
58. Kamal Bayramov 1 dəqiqə ərzində 1 dəfə Qutyerresin, iki dəfə isə Elşən Məmmədovun qol sevinci yaşamasına imkan vermir
64. "Turan"ın qapıçısı rəqibin əks-hücumu zamanı yenidən çox əla oyun sərgiləyərək qapısını toxunulmaz saxlayır
64. Novruz Məmmədov qonaqların hücumçusuViktor Qontaya kobud oyuna görə sarı vərəqə alır
72. "Turan"da Viktor Qontanı Azər Məmmədov əvəzləyir
Qonaqlar təzyiqi artırsalar da, hələlik "Muğan"ın müdafiəçisi onlara son nöqtəni qoymağa imkan vermir
78. "Muğan"da ilk dəyişiklik: Elşən Məmmədovu Sergey Çernışev əvəzləyir
85. Zaur Əsədovu Hüseyn Axundov əvəzləyir
85. "Turan"da isə zədəli qapıçı Kamal Bayramovun əvəzində meydana Şamil Saidov çıxır
88. Qutyerresi Con Pelu əvəzləyir
90. Qonaqların sürətli əks-hücumunu kobudluqla kəsən Miloş Zeçeviç sarı vərəqə alır
Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatır
 
Hesabat turunun qalan qarşılaşmaları aprelin 17-də keçiriləcək: MOİK - Gəncə, Qəbələ - Simurq, Neftçi – AZAL.
 
1
Neftçi
26
16
8
2
45-11
56
2
Xəzər Lənkəran
27
14
9
4
30-15
51
3
Qarabağ
27
15
5
7
33-16
50
4
AZAL
26
12
9
5
30-17
45
5
İnter
27
12
7
8
27-22
43
6
Bakı
27
9
9
9
29-24
36
 
1
Qəbələ
26
10
9
7
25-17
39
2
Muğan
27
9
8
10
21-28
35
3
Gəncə
26
5
11
10
25-31
26
4
Turan
27
6
6
15
21-39
24
5
Simurq
26
3
6
17
15-40
15
6
MOİK
26
2
5
19
9-50
11
 
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
12 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.