16 aprel 2011 14:02

Vladimir Levin: İnter`də böhran yaranıb

Son ölkə çempionu “İnter”in və yığmamızın müdafiəçisi Vladimir Levin azerisport.az saytına müsahibəsində “Xəzər Lənkəran”la oyun ərəfəsində komandasının şanslarını dəyərləndirib, komandasındakı böhrandan və hakimlikdən danışıb.
 
- Lənkəranlılarla oyuna necə hazırlaşmısız?
- Oyun öncəsi son məşqimizi başa vurduq. Komandada əhval-ruhiyyə yaxşıdı. Meydana çıxıb sona kimi mübarizə aparmağa tam hazırıq.
 
- Oyundan nə gözləyirsiz?
- Təbii ki, səfərə 3 xal almaq üçün çıxmışıq. Ancaq qələbəyə oynayacağıq. Baxaq, görək bu, bizdə nə dərəcədə alınacaq?
 
- XL-la son oyun sizin 1:3 hesablı məğlubiyyətinizlə başa çatmışdı. Müdafiəçi kimi, sizin üçün daha çox kim təhlükəli idi?
- Ümumiyyətlə, bu komandanın hücum potensial mənim daha çox xoşuma gəlir. Hər bir oyunçusu fərdi cəhətdən çox güclüdü. Amma sırf bu oyundan danışsaq, o zaman Uinston Parksın çıxışını qeyd etmək lazımdı. O, əla oyunçudu. Ona qarşı oynamaq heç də asan deyildi.
 
- Komandanız “altılıq”da hələ qələbə qazana bilməyib. Bu, nə ilə bağlıdı?
- Mümkündü ki, hansısa qanunauyğunluqdan irəli gəlir. “Birlik Kuboku”ndan sonra oyunumuz alınmır. Demək olar ki, komandada bir növ oyun böhranı yaranıb.
 
- “Birlik Kuboku”nda siz heç bir oyunda qol buraxmadınız. Amma Premyer Liqada ondan sonrakı görüşlərdə sadəcə iki autsayderlə görüşdə buna nail ola bilmisiz...
- Ciddi rəqiblərlə qarşılaşmalarda nəyə görəsə qapımızı toxunulmaz saxlaya bilmirik. Təbii ki, rəqiblərimiz güclüdü. Ona görə də belə komandalarla oyunlarda daha diqqətli olmağımız lazımdı.
 
- “Neftçi” ilə oyunda penalti var idi?
- Bilirsiz, həmin epizod zamanı orda çoxlu oyunçu var idi. Buna görə də mən orda qayda pozuntusu olub-olmadığını dəqiq görmədim. Sadəcə sonradan təkrarına baxa bildim. Amma orda da aydın deyildi. Hakimlik təbii ki, kabus kimi idi. Ümumiyyətlə, hakim hələ birinci hissənin sonlarında “Neftçi”nin qapısına penalti təyin etməli idi.
 
- Yəni, siz bu oyunda qələbə qazanmalı idiniz?
- Mən belə düşünürəm. Erkən qol vurmağı bacardıq. Sonra da səliqəli müdafiə olunurduq. Rəqibimiz heç nə edə bilmirdi. Amma sonda verilən penalti...
 
- Çempionatda neçənci yeri tutmağı planlaşdırırsız?
- Əlbəttə, bizim əsas vəzifəmiz avrokuboklara vəsiqə qazanmaqdı. Bunun üçün həm ölkə çempionatında, həm də kubokda şanslarımız qalır. Amma təbii ki, turnir cədvəlində mümkün qədər üst pillələrdə qərarlaşmaq da bizim üçün vacibdi. Kubok isə bizi avrokuboklara apara biləcək daha yaxın yoldu. Buna baxmayaraq, bu turnirlərdən hansınısa digərindən üstün tutmuruq. Bizim üçün hər oyunda qələbə qazanmaq vacibdi.
 
- Bir müddət öncə Berti Foqts yığmamızın heyətini açıqladı ki, orda Usim Ndukanın yer alması çoxları üçün bir qədər təəccüblü göründü. Axı almaniyalı məşqçi əksinə legionerlərdən imtina etməyin vacibliyini iddia edirdi. Siz də legioner futbolçusuz. Buna münasibətiniz maraqlıdı...
- Bu, məşqçinin qərarıdı. Ndukanın çıxış etdiyi AZAL son vaxtlar heç də pis çıxış etmir. Foqts da onların oyunlarını izləyir və yəqin görür ki, Usim necə təsir bağışlayır. Yəqin ki, bu futbolçunu məhz həmin zaman bəyənib. İndi isə onun fiziki göstəricilərini, hazırlıq səviyyəsini yoxlamaq istəyir. Sonradan təlim-məşq toplanışına da çağıra bilər. Hər halda Foqts bunu daha yaxşı bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.