16 aprel 2011 14:12
27-ci turun açılış matçı Anar Salmanova tapşırıldı
Hakimlər Komitəsi Premyer Liqanın 27-ci turunun “Muğan” – “Turan” oyununa hakim təyinatlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, hesabat turunun açılış matçını Anar Salmanovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, bu gün daha iki qarşılaşma keçiriləcək. Lakin həmin görüşlərə təyinatlar qarşılaşmalarıns startına 1 saat qalmış açıqlanacaq.
Premyer Liqa
27-ci tur
16 aprel
Muğan - Turan
Hakimlər: Anar Salmanov, Samir Hacıyev, Zeynal Zeynalov, Alik Yunusov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. "Şəfa" stadionu. Saat 15:00.
