16 aprel 2011 14:20
Zeynal Məmmədov: Aleksandr Starkov Bakıdan ayrılmağa hazırlaşmır
“Bakı”nın baş meneceri Zeynal Məmmədov komandanın latviyalı çalışdırıcısı Aleksandr Starkovun Moskva “Spartak”ına gedəcəyinə dair informasiyaları təkzib edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Starkov hazırda “Bakı”nın baş məşqçisid. O, öz postunu tərk etməyə hazırlaşmır. Biz də bilirik ki, indiki məqamda ondan heç nə tələb edə bilmərik. Starkov komandamıza iki aydı gəlib və onun bu müddətdə nəyisə dəyişməsi mümkünsüzdü. Bizim əsas ümidlərimiz növbəti mövsümlə bağlıdı. Starkovla birgə böyük uğurlar qazana biləcəyik”.
