16 aprel 2011 17:55
Bəhmən Həsənov: Onlar Azərbaycan futbolunun gələcəyidi
“Muğan”ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 27-ci turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Salyan klubunun çalışdırıcısı qonaq komanda üzərində qazandıqları 2:1 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Rəqibin heyətində əla futbolçular var. Onlar Azərbaycan futbolunun gələcəyidilər. Tovuzlu futbolçular bu gün bir yox, daha çox qol vura bilərdilər. Bizim qələbəmiz isə çox çətin alındı. Mən öz yetirmələrimi bu qələbə münasibətilə təbrik edirəm. Rəqib komandaya isə qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
