16 aprel 2011 18:02
Şensoy: Sübut etdik ki, ikinci altılıqda da baxımlı oyunlar keçirilir
“Turan”ın baş məşqçisi Naci Şensoy Premyer Liqanın 27-ci turunun “Muğan”la səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı meydan sahiblərinə 1:2 hesabıyla uduzduqları görüşlə bağlı bunları dilə gətirib:
“Çox maraqlı oyun alındı. Belə oyunla göstərdik ki, ikinc altılıqda da baxımlı qarşılaşmalar keçirilir. Təəssüf ki, bu oyuna 3 vacib itki ilə çıxmışdıq və bu, oyunumuzda öz sözünü dedi. Rəqibin heyətində isə təcrübəli və yaxşı futbolçular yer alır. Formalaşmış heyətə malikdilər. Çoxsaylı qol vəziyyətlərindən yararlana bilsəydik, məğlubiyyətdən qaça bilərdik. Amma alınmadı. Rəqibi qələbə münasibətilə təbrik edirəm”.
