16 aprel 2011 18:55
Xəzər Lənkəran – İnter matçının hakimləri açıqlandı
Premyer Liqanın 27-ci turunun "Xəzər Lənkəran" - "İnter" oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Azerisport.az xəbər verir ki, qarşılaşma Rövşən Əhmədovun rəhbərlik etdiyi hakimlər briqadası tərəfindən idarə olunacaq.
Qeyd edək ki, Hakimlər Komitəsi bu günkü qarşılaşmalardan yalnız birincisinin hakim təyinatlarını oyundan bir saat öncə açıqladı. Artıq ilk hissəsi başa çatan "Bakı" - "Qarabağ" görüşünün ədalət təmsilçilərini açıqlamağa ümumiyyətlə ehtiyac duymayan Peşəkar Futbol Liqası və Hakimlər Komitəsi XL - "İnter" qarşılaşmasının da hakimlərini matçın startına sadəcə 15 dəqiqə qalmış açıqladı. Görünür, özlərini kifayət qədər "peşəkar" hesab etdikləri üçün belə siyasət yürüdürlər.
Premyer Liqa
27-ci tur
16 aprel (şənbə)
Xəzər Lənkəran - İnter
Hakimlər: Rövşən Əhmədov, Mehman Mahmudov, Elşən Acalov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 19:00
