16 aprel 2011 20:20
Qurban Qurbanov: Qələbə bizim üçün daha vacib idi
Premyer Liqanın 27-ci turunda "Qarabağ" səfər oyununda "Bakı" ilə qarşılaşdı. Azerisport.az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma qolsuz heç-heçə ilə başa çatdı - 0:0. Matçdan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov bunları dilə gətirib:
“Bu gün oyuna 3 xal üçün çıxmışdıq. Qələbə bizim üçün daha vacib idi. Təəssüf ki, qalib gələ bilmədik. Bir çox qol imkanlarımız oldu, lakin istifadə edə bilmədik. “Bakı” komandasının da ikinci hissədə fərqlənmək üçün bir neçə imkanı oldu. Bugünkü oyunda 1 xal qazandıq. Qarşıdakı oyunlara daha ciddi hazırlaşmalıyıq”.
