16 aprel 2011 20:25
“Yaxşı təşkilatlanmış komandaya qarşı mübarizə apardıq”
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 27-ci turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, latviyalı mütəxəssis qolsuz heç-heçə ilə başa çatan görüşlə bağlı bunları dilə gətirib:
“İlk hissədə oyunumuz alınmadı. Fikrimcə, bunun səbəbi ötən tur aldığımız məğlubiyyətin futbolçular üzərində psixoloji təsiridir. Nəzərə almaılyıq, ki biz çox yaxşı təşkilatlanmış komandaya qarşı mübarizə apardıq. “Qarabağ” bugünkü oyunda bizə bir çox problem yaradırdı. Lakin biz bu problemlərin qarşısını ala bildik”.
