16 aprel 2011 21:51
Sxadadze: Seçdiyimiz taktikaya uyğun oyun göstərdik
Premyer Liqanın 27-ci turunda Lənkərana səfər edən son çempion "İnter" yerli "Xəzər Lənkəran"la oyunda 1:1 hesablı heç-heçəyə nail oldu. Azerisport.az xəbər verir ki, “bankirlər”in çalışdırıcısı Kaxaber Sxadadze qarşılaşmadan sonra bunları dilə gətirib:
"Çox gözəl oyun oldu. Azarkeşlər və stadion da yaxşı idi. Seçdiyimiz taktikaya uyğun oyun göstərdik. Hakimliklə bağlı heç bir problem olmadı, normal hakimlik oldu. "Xəzər Lənkəran"a uğurlar arzulayıram, öz futbolçularımdan razı qaldım".
