16 aprel 2011 21:54
Rednik: Nə oyundan, nə də oyunçulardan razıyam
"Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 27-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, cənubluların çalışdırıcısı qarşılaşmadan sonra bunları dilə gətirib:
"Nəticə məni qane etmədi. Artıq 5 oyundu ki, qalib gələ bilmirik. Bu gün qələbə üçün meydana çıxmışdıq, lakin "İnter"in bu taktikası bizə istədiyimiz oyunu göstərməyə imkan vermədi. Bir səhv buraxdıq, "İnter" bundan lazımınca istifadə etdi. Azarkeşlərimizi sevindirə bilmədiyimiz üçün təəssüflənirəm. Qarşıda 5 oyunumuz var, onlara hazırlaşacağıq. Bugünkü oyundan və oyunçularımdan razı qalmadım".
