16 aprel 2011 16:52

Ramiz Məmmədovun ilk ev qələbəsi (YENİLƏNİB)

Bu gün Qazaxıstan çempionatında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turunun açılış matçında həmyerlimiz Ramiz Məmmədovun çalışdırdığı “Atırau” doğma divarlar arasında “İrtış”la münasibətlərinə aydınlıq gətirib.
 
Qeyd edək ki, həmyerlilərimizin komandası mövsümə elə də yaxşı başlamamışdı. Bu oyuna kimi cəmi 1 qarşılaşmada qələbə qazanan Məmmədovun yetirmələri 2 görüşdə heç-heçə etdiyi halda qalan bütün matçlarını da məğlub başa vurmuşdu. Onlar bu uğursuz gedişə növbəti ev oyununda son qoymağı hədəfləmişdilər. Digər ev matçlarında buna nail ola bilməyən “Atırau” “İrtış”a qalib gələcəyi halda, Məmmədov doğma azarkeşləri qarşısında ilk qələbəsinə sevinmiş olacaqdı. Lakin Pavlodar təmsilçisi geridə qalan 6 oyundan 4 qələbə qazanmaqla 4-cü pillədə qərarlaşdığından qarşılaşmanın heç də asan keçməyəcəyi dəqiq idi. Gözlənildiyi kimi, kifayət qədər gərgin keçən görüşün yalnız son dəqiqələrində vurulan yeganə qol həmyerlilərimizə ev oyunlarındakı ilk qələbə sevincini yaşadıb.
 
Qeyd edək ki, hazırda 8 xala malik olan "Atırau" 12 komanda arasında 7-ci pillədə qərarlaşıb.
 
Qazaxıstan Superliqası
7-ci tur
16 aprel
 
ATIRAU - İRTIŞ - 1:0 (0:0)
Qol: Aleynikov, 86.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.