16 aprel 2011 11:22

Rafael Əmirbəyov: Bakı`nın əsas problemi hücum xəttindədi

“Bakı”nın müdafiəçisi Rafael Əmirbəyov azerisport.az saytına müsahibəsində komandasının hazırkı çıxışını və qarşıdakı “Qarabağ”la oyun öncəsi şanslarını dəyərləndirib.
 
- Komandanızın indiki durumunu necə dəyərləndirmək olar?
- Elə də ürəkaçan deyil. Bizim bu qədər xal itkilərimiz məni çox narahat edir. Məhz bu üzdən hesab edirəm ki, komandamız çox pis oynayır. AZAL ilə oyunda biz 3-4 qol vəziyyəti yarada bildik. Amma onları dəyərləndirə bilmədik.

- Problem daha çox hücumdadı ya müdafiədə?
- Fikrimcə, ön xəttdə problem daha çoxdu. Hərdən elə olur ki, rəqib 90 dəqiqə bizim qapımıza yaxın düşə bilmir. Burdan da belə nəticəyə gəlmək olar ki, müdafiə öz işinin öhdəsindən gəlməyi bacarır. Ancaq forvardlarımız qol vura bilmirlər.
 
- Amma sizin ön xəttiniz Vaqif Cavadov, Jaba, Roşa kimi futbolçulardan təşkil olunub...
- Onları da başa düşmək olar. Əgər oyun alınmırsa, onların da nəsə etməsi mümkünsüzdü. Hücumçuların da belə vəziyyətdə özünü göstərməsi çətinləşir. Müdafiəçi elədi ki, məsələn, iki-üç dəfə top alırsa, onu qüvvətli zərbəylə uzaqlaşdırırsa, təhlükəni sovuşdurur. Amma forvardlar həm qol vəziyyəti yaratmalı, həm də vurmalıdılar. Bizim durumumuz elədi ki, heç rəqiblərimiz də komandamızın belə zəif çıxışını gözləmirlər.
 
- Bəs qarşıdakı “Qarabağ”la oyuna nə dərəcədə motivasiya var?
- Nəticə nəticədi, bizə istənilən halda qara zolaqdan çıxmaq lazımdı. Bunun üçün də qələbə qazanmaq lazımdı. Bəzi komandaların bizdən çox uzaqda olması mənim qətiyyən xoşuma gəlmir.

- “Bakı”nın “Qarabağ”la görüşdəki şanslarını necə dəyərləndirirsiz?
- Çox ağır oyun olacaq. Qurban Qurbanovun komandası son turda “Xəzər Lənkəran”la oyunda xal itirib. Buna görə bizimlə oyunda vabanka gedəcəklər. Onlar “Neftçi”nin əsas izləyicilərindən olduğundan xal itirmək istəməyəcəklər. Ağdamlıların uğurunun başlıca səbəbi onların artıq iki ildi eyni heyətlə çıxış etməsidi. Çox dəqiq transferlər edirlər.

- Çempionluq şanslarını itirmisiz. Artıq bunu medal qazanmaq şanslarınız haqda da demək olar?
- Bəs biz qalan bütün 6 oyunda qələbə qazansaq, necə ola bilər? Bu 18 xal bizi avrokuboklar zonasına qaldıra bilər. Lakin bizim daha böyük ümidlərimiz ölkə kubokunadı. Əgər bu kuboku qazansaq, azarkeşlərimiz bizi bağışlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.