17 aprel 2011 00:03
Qarabağ və XL: Hər şey Neftçi üçün
Premyer Liqada 27-ci tur liderlər qrupundakı komandalar üçün elə də uğurlu alınmadı. Azerisport.az xəbər verir ki, xüsusilə liderin əsas izləyiciləri olan “Xəzər Lənkəran” və “Qarabağ” final mərhələsində növbəti zərbə ilə üzləşdi.
Tura ikinci altılıqda yer alan “Muğan” və “Turan”ın qarşılaşmasıyla start verildi. Bu qarşılaşma Salyan təmsilçisindən daha çox tovuzlular üçün vacib əhəmiyyət daşıyırdı. Axı autsayderlər qrupunda qərarlaşan “Simurq” və MOİK-dən uzaqlaşmaq üçün qonaq komanda Bakıdan qələbəylə qayıtmağa borclu idi. Düzdü, Naci Şensoyun komandası erkən qola sevinsə də, bunun davamını gətirə bilmədi. Daha doğrusu qonaqlar qısa zamanda bu üstünlüyü tam şəkildə əldən verərək, 90 dəqiqəni məğlub başa vurdu. Salyanlılar isə növbəti 3 xal sayəsində ikinci altılığın lideri “Qəbələ” ilə fərqi azaltmış oldular.
Günün növbəti matçında son turlar ardıcıl xal itkiləri ilə qızıl medal şanslarını azaldan “Qarabağ” səfərdə cari mövsümün uğursuzu “Bakı”nın qonağı idi. Qurban Qurbanovun komandası “Neftçi”yə yenilgini, XL-la dueldəki xal itkisini unutmaq üçün bu dəfə mütləq qələbə qazanmağı hədəfləmişdi. Lakin matçın sonuna kimi rəqibinin bütün cəhdlərini uğurla cavablamağı bacaran bakılılar sonda 1 xal qazanmağı bacardılar. Ağdam təmsilçisi isə 2 vacib xal itirməklə çempionluq şanslarına ağır zərbə vurmuş oldu.
Elə günün son matçında “Xəzər Lənkəran” da “İnter”in səfərdən xalla dönməsinə mane ola bilmədi. Erkən qola sevinən cənublular qısa zaman kəsiyində üstünlüyü əldən verdikdən sonra qələbə qolunu vurmağı bacarmadılar. Halbuki, ağdamlılar da xal itirdiyindən Mirça Rednikin ən azı izləyicisindən uzaqlaşması yerinə düşəcəkdi. Üstəlik, lider “Neftçi” də xal itirə bilər ki, belə olan halda zirvəyə aparan yol bir qədər qısalmış olardı. Lakin bu gün “ağ-qaralar” AZAL-la mübarizədən itkisiz ayrılsa, güman ki, nə “Qarabağ”, nə də “Xəzər Lənkəran”ın çempionluğa inamı qalacaq.
Premyer Liqa
27-ci tur
Muğan - Turan - 2:1 (2:1)
Qollar: Cavid Tağıyev, 5 (0:1), Samuel Barlay, 14 (1:1), Anxel Qutyerres, 20 (2:1).
Vərəqələr: Ekrem Hodziç, 20, Anxel Qutyerres, 45, Novruz Məmmədov, 54, Miloş Zeçeviç, 90 - Rəşid Həsənov, 28.
Hakimlər: Anar Salmanov, Samir Hacıyev, Zeynal Zeynalov, Alik Yunusov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
16 aprel 2011. Bakı. “Şəfa” stadionu. 300 tamaşaçı.
Muğan: 1. Amil Ağacanov (k), 3. Miloş Zeçeviç, 5. Novruz Məmmədov, 6. Taqim Novruzov, 8. Tural Axundov, 9. Elşən Məmmədov (16. Sergey Çernışev, 78), 18. Samuel Barlay, 19. Zaur Əsədov (39. Hüseyn Axundov, 85), 26. Ekrem Hodziç, 30. Anxel Qutyerres (11. Con Pelu, 88), 77. Reys Klaudiney.
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 7. Pərvin Paşayev, 14. Fərid Həşimzadə, 34. Cavad Mirzəyev.
Məşqçi: Bəhmən Həsənov.
Turan: 85. Kamal Bayramov (12. Şamil Saidov, 85), 2. Hüseyn İsgəndərov, 3. Vurğun Hüseynov (k), 5. Muammer Erdoğdu, 21. Rəşad Orucov, 14. Viktor Qonta (11. Azər Məmmədov, 71), 25. Martin Kerçev, 15. Cavid Tağıyev, 10. Xəyal Qarayev (45. Fərmayıl Əliyev, 55), 19. Rəşid Həsənov, 26. Boris Kondev.
Ehtiyat oyunçular: 17. Orxan İsmayılov, 16. Oleq Qvelesiani, 6. Elnur Abbasov, 4. Ruslan Namazov.
Baş məşqçi: Naci Şensoy.
Bakı - Qarabağ - 0:0
Vərəqələr: Vadim Borets, 20, Aleksandar Soliç, 62 - Elvin Məmmədov, 15 – sarı.
Hakimlər: Elçin Məmmədov, Mübariz Haşımov, Yaşar Abbasov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
16 aprel 2011. Tofiq Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı.
Bakı: 1. Marko Şarliya, 4. Vadim Borets, 9. Vaqif Cavadov, 11. Adnan Barakat (12. Vyaçeslav Sofroni, 58), 15. Cəmşid Məhərrəmov (k), 18. Radomir Todorov, 27. Bəxtiyar Soltanov, 32. Aleksey Savinov, 33. Stevan Bates, 39. Ruslan Leviqa (99. Leonardo Roşa, 58), 77. Aleksandar Soliç (7. Mahmud Qurbanov, 77).
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 2. Saşa Kaykut, 29. Əziz Quliyev, 55. Junior Osvaldo.
Baş məşqçi: Aleksandr Starkov.
Qarabağ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 9. Elvin Məmmədov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov (17. Vüqar Nadirov, 75), 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya (20. Nderim Nedzipi, 68).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4. Zaur Həşimov, 13. Samir Abasov, 19. Andrey Rubin.
Baş məşqçi: Qurban Qurbanov.
Xəzər Lənkəran - İnter - 1:1 (1:1)
Qollar: Uinston Parks, 18 (1:0), David Odikadze, 28 (1:1).
Vərəqələr: Andrey Mureşan, 90 - Danildo Assioli, 16, Rövşən Əmiraslanov, 33 – sarı.
Hakimlər: Rövşən Əhmədov, Mehman Mahmudov, Elşən Acalov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
16 aprel 2011. Lənkəran. Şəhər mərkəzi stadionu. 11000 tamaşaçı.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 6. Simao Bruno (8. Nikulae Muşat, 46), 10. Elnur Abdullayev (55. Tural Cəlilov, 63), 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 15. Emeka Opara (17. Xristu Kyaku, 83), 16. Adrian Pit, 27. Manuel Skarlatake, 36. Uinston Parks, 77. Stelian Stanku, 84. Julius Vobay.
Ehtiyat oyunçular: 12. Yevgeni Kopil, 19. İbrahima Banqura, 21. Adrian İordaşe, 23. Şəhriyar Xəlilov.
Baş məşqçi: Mirça Rednik.
İnter: 1. Georgi Lomaya, 4. Danildo Assioli, 6. Dmitri Kruqlov, 8. Aleksandr Çertoqanov, 9. Rövşən Əmiraslanov (11. Asif Məmmədov, 37), 12. Filip Despotovksi, 15. Vladimir Levin (k), 19. David Odikadze (13. Bronislav Çervenka, 84), 32. Robertas Poşkus, 44. Valeri Abramidze, 88. Kaxaber Mjavanadze (21. Arif Daşdəmirov, 31).
Ehtiyat oyunçular: 72. Dmitri Kramarenko, 14. Petar Zlatinov, 20. Girts Karlsons, 23. Şəhriyar Rəhimov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Hesabat turunun qalan qarşılaşmaları bu gün keçiriləcək: MOİK - Gəncə, Qəbələ - Simurq, Neftçi – AZAL.
|
1
|
Neftçi
|
26
|
16
|
8
|
2
|
45-11
|
56
|
|
2
|
Xəzər Lənkəran
|
27
|
14
|
9
|
4
|
30-15
|
51
|
|
3
|
Qarabağ
|
27
|
15
|
5
|
7
|
33-16
|
50
|
|
4
|
AZAL
|
26
|
12
|
9
|
5
|
30-17
|
45
|
|
5
|
İnter
|
27
|
12
|
7
|
8
|
27-22
|
43
|
|
6
|
Bakı
|
27
|
9
|
9
|
9
|
29-24
|
36
|
|
|
|||||||
|
1
|
Qəbələ
|
26
|
10
|
9
|
7
|
25-17
|
39
|
|
2
|
Muğan
|
27
|
9
|
8
|
10
|
21-28
|
35
|
|
3
|
Gəncə
|
26
|
5
|
11
|
10
|
25-31
|
26
|
|
4
|
Turan
|
27
|
6
|
6
|
15
|
21-39
|
24
|
|
5
|
Simurq
|
26
|
3
|
6
|
17
|
15-40
|
15
|
|
6
|
MOİK
|
26
|
2
|
5
|
19
|
9-50
|
11
|
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
12 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə)
