16 aprel 2011 00:09

Final mərhələsinin uğursuzları üçün çətin şans

Bu gün Premyer Liqada 27-ci turun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, hesabat turunda ciddi dəyişikliklərin baş verməsi gözlənilməsə də, maraqlı qarşılaşmalar baş tutacaq.
 
Tura Bakıda keçiriləcək “Muğan” – “Turan” görüşü ilə start veriləcək. İkinci altılıqda qərarlaşan komandaların dueli daha çox Tovuz klubu üçün vacib əhəmiyyət daşıyır. Çünki elitada qalmaq vəzifəsinin öhdəsindən tam şəkildə gəlməsi üçün Naci Şensoyun zirzəmidəki əsas rəqiblərindən daha da aralanması vacibdi. Bunun üçün isə qərblilər hem olmasa Salyan təmsilçisi ilə görüşdə uduzmaması lazım gələcək. Lakin bu onlar üçün heç də asan olmayacaq. Çünki “Muğan” hətta özündən güclü rəqiblərə qarşı sərgilədiyi baxımlı oyunla, qazandığı uğurlu nəticələrlə fərqli imic formalaşdıra bilib.
 
İlk gününün digər iki qarşılaşması isə birinci altılıq çərçivəsində baş tutacaq. Son iki turda liderdən uzaq düşən “Qarabağ” səfərdə “Bakı”nın qonağı olacaq. Qurban Qurbanovun komandası ilk altılığın autsayderi ilə görüşdə nəhayət qələbəsiz seriyaya son qoymağa çalışacaq. Lakin Aleksandr Starkovun komandası da son turlar uğurlu çıxışıyla seçilmir və Ağdam təmsilçisi ilə ev oyununda sürprizə imza atmağı hədəfləyib. Bu komanda artıq çempionluq şansını tam itirib və bütün ümidini ölkə kubokuna bağlayıb. Buna rəğmən “zolaqlılar”ın “Qarabağ”la qarşılaşmada asanlıqla təslim olmayacağı dəqiqdi.
 
Liderin əsas izləyicisi “Xəzər Lənkəran” isə dogma divarlar arasında “İnter”lə münasibətlərinə aydınlıq gətirəcək. Son dövrlər kifayət qədər xal itkisi ilə üzləşən bu komandaların duelini final mərhələsinin uğursuzlarının görüşü kimi dəyərləndirmək olar. Hər halda nə son ölkə çempionu, nə də Lənkəran klubu “altılıq” çərçivəsində qələbə qazana bilib.  Bu dəfə isə onlardan biri uğursuz gedişə mütləq son qoymalı çalışacaq. Bu mənada dogma meydan və azarkeş amili lənkəranlıların şansını artırır. Amma məğlubiyyət “bankirlər”in də cari mövsümkü çıxışını fiasko kimi dəyərləndirməyə şərait yaradacaq ki, bakılılar ən azı səfərdən heç-heçə ilə dönməyə çalışacaq.

İkinci oyun günündə elitanı tərk etmək təhlükəsi ilə üzləşən MOİK dogma meydanda “Gəncə”,
“Simurq” isə səfərdə “Qəbələ” ilə qarşılaşacaq. Lakin təhlükəli zonadan çıxması getdikcə mümkünsüz olmağa başlayan komandaların bu rəqibləri ilə dueldə sensasiyaya imza atmaq şansları elə də yüksək qiymətləndirilmir.
 
Ən nəhayət hesabat turuna “Neftçi” – AZAL qarşılaşması ilə yekun vurulacaq. Paytaxt duelində cari mövsümün sürpriz komandası kimi dəyərləndirilən “təyyarəçilər” bu dəfə lideri büdrətməyə çalışacaq. Düzdü, Arif Əsədovun komandası ötən tur da xal itkisi ilə üzləşib və bu dəfə eyni səhvi təkrarlamaq istəmir. Lakin Nazim Süleymanovun yetirmələri də hər rəqibinə asanlıqla xal vermir və bu dəfə də gücünü “ağ-qaralar”a göstərməyə çalışacaqlar.
 
Premyer Liqa
27-ci tur
16 aprel (şənbə)
 
Muğan - Turan
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. "Şəfa" stadionu. Saat 15:00.
 
Bakı - Qarabağ
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:00.
 
Xəzər Lənkəran - İnter
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 19:00.
 
17 aprel (bazar)
 
MOİK - Gəncə
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Qurban Məmmədov.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 15:00.
 
Qəbələ - Simurq
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
Qəbələ. Şəhər stadionu. Saat 15:00.
 
Neftçi - AZAL
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00.
 
1
Neftçi
26
16
8
2
45-11
56
2
Xəzər Lənkəran
26
14
8
4
29-14
50
3
Qarabağ
26
15
4
7
33-16
49
4
AZAL
26
12
9
5
30-17
45
5
İnter
26
12
6
8
26-21
42
6
Bakı
26
9
8
9
29-24
35
 
1
Qəbələ
26
10
9
7
25-17
39
2
Muğan
26
8
8
10
19-27
32
3
Gəncə
26
5
11
10
25-31
26
4
Turan
26
6
6
14
20-37
24
5
Simurq
26
3
6
17
15-40
15
6
MOİK
26
2
5
19
9-50
11
 
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
12 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.