16 aprel 2011 12:11
Roma nəhayt ki, yeni prezidentinə qovuşdu
İtaliyanın “Roma” klubunun satışı nəhayət ki, tam şəkildə həllini tapıb və paytaxt klubu yeni prezidentinə qovuşub. Azerisport.az xəbərverir ki, italyan əsilli amerikalı iş adamı Tomas Di Benedetto, İtaliyanın köklü klublarından olan və təxminən 2-3 ildi yeni sahibini axtaran “Roma”nın tam hüquqlu prezidentinə çevrilib.
“SkySport24”ün xəbərinə görə Di Benedetto ilə klubun keçmiş sahibləri arasında satış işləri hələ bir müddət öncə tamamlansa da, rəsmi müqavilə dünən imzalanıb. Beləliklə, bundan sonra “canavarlar” artıq yeni prezidentin rəhbərliyi altında fəaliyyət göstərmiş olacaq ki, onun da əsas dəyişiklikləri növbəti mövsümdən etibarən qüvvəyə minəcək.
Di Benedetto həyata keçirəcəyi transferlərlə “Roma”nı qüvvətləndirmək və yenidən Avropada güclü bir kluba çevirmək üçün səbrsizləndiyini bildirib. Qeyd edək ki, hazırda Vinçentso Montellanın çalışdırdığı paytaxt klubu Seriya A-da 53 xalla altıncı sırada yer alır və Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır.
