19 aprel 2011 00:06
Türkiyə çempionatı: Galatasaraydan çətin qələbə (YENİLƏNİB)
Türkiyə Superliqasında 29-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub.
Cari mövsümün uğursuz komandalarından “Beşiktaş” dogma meydanda “Genclerbirliği” ilə qarşılaşıb. “Qara qartallar” 2 qol vurduğu qarşılaşmanın sonrakı dəqiqələrində bu üstünlüyü verməklə gözlənilməz zərbə alıb.
İkinci oyun günündə isə daha çox liderlik uğrunda mübarizə aparan "Fenerbahçe"nin doğma meydanda "Gaziantepspor"la qarşılaşması diqqət mərkəzində olub. "Sarı-lacıvərdlilər" yalnız son saniyələrdə vurulan qol sayəsində 3 xala sahib çıxa biliblər.
İkinci oyun günündə isə son çempion "Bursaspor" cari mövsümün çempionluğa əsas namizədlərindən olan "Trabzonspor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Nəticədə trabzonlular zirvədəki mövqeyini qoruyublar.
Nəhayət, turun qapanış matçında səfərdə "Manisaspor"un qonağı olan "Galatasaray" çətin qələbəyə sevinib.
Türkiyə Superliqası
29-cu tur
15 aprel
Beşiktaş – Genclerbirliği – 2:2
Qollar: Simao, 27, İ.Toraman, 53 – Jedinak, 62, Pektemek, 72.
16 aprel
Ankaragücü - Bucaspor - 5:3
Qollar: Duruer, 18; 52, Vittek, 56-pen, Akan, 86, Cek, 90 - Jibril, 30, Taşkıran, 45, Bahtiyaroglu, 59.
Karabükspor - İstanbul BB - 0:2
Qollar: Holosko, 13, Tum, 54.
Fenerbahce - Gaziantepspor - 1:0
Qol: Santos, 90.
17 aprel
Sivasspor - Kasımpaşa - 1:1
Qollar: Kılıç, 90 - Güleç, 83.
Kayserispor - Konyaspor - 1:3
Qollar: Şişmanoğlu, 90 - Robak, 86, Qrayçar, 90+1, Dere, 90+4.
Antalyaspor – Eskişehirspor - 2:2
Qolar: Zituni, 25, Necati Ateş, 66-pen - Batuhan, 42, Sezer, 85.
Trabzonspor - Bursaspor - 1:0
Qol: Burak Yılmaz, 45.
18 aprel
Manisaspor - Galatasaray - 2:3
Qollar: Dikson, 59, Kahe, 66 - Arda, 15; 17, Kulio, 60.
| 1 | Trabzonspor | 29 | 21 | 6 | 2 | 57 | - | 21 | 69 |
| 2 | Fenerbahce | 29 | 21 | 4 | 4 | 66 | - | 28 | 67 |
| 3 | Bursaspor | 29 | 14 | 10 | 5 | 44 | - | 24 | 52 |
| 4 | Gaziantepspor | 29 | 14 | 7 | 8 | 39 | - | 28 | 49 |
| 5 | Besiktas | 29 | 12 | 7 | 10 | 44 | - | 34 | 43 |
| 6 | Eskisehirspor | 29 | 11 | 10 | 8 | 34 | - | 32 | 43 |
| 7 | Kayserispor | 29 | 12 | 7 | 10 | 38 | - | 37 | 43 |
| 8 | Istanbul BB | 29 | 12 | 4 | 13 | 37 | - | 35 | 40 |
| 9 | Karabukspor | 29 | 10 | 7 | 12 | 42 | - | 46 | 37 |
| 10 | Antalyaspor | 29 | 9 | 10 | 10 | 32 | - | 38 | 37 |
| 11 | Manisaspor | 29 | 11 | 3 | 15 | 41 | - | 46 | 36 |
| 12 | Ankaragucu | 29 | 9 | 9 | 11 | 45 | - | 51 | 36 |
| 13 | Galatasaray | 29 | 11 | 3 | 15 | 32 | - | 40 | 36 |
| 14 | Genclerbirligi | 29 | 9 | 8 | 12 | 37 | - | 44 | 35 |
| 15 | Sivasspor | 29 | 8 | 8 | 13 | 36 | - | 48 | 32 |
| 16 | Bucaspor | 29 | 6 | 6 | 17 | 25 | - | 48 | 24 |
| 17 | Konyaspor | 29 | 4 | 9 | 16 | 23 | - | 41 | 21 |
| 18 | Kasimpasa | 29 | 5 | 6 | 18 | 27 | - | 58 | 21 |
