16 aprel 2011 00:42
Mirça Rednik Elnur Allahverdiyevi bağışladı
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik millimizin müdafiəçisi Elnur Allahverdiyevin cəzasının bağışlanması haqda qərar çıxarıb. Azerisport.az xəbər verir ki, rumıniyalı mütəxəssis ötən həftə intizam qaydalarını pozduğuna görə klub rəhbərliyi tərəfindən əsas komandadan kənarlaşdırılmışdı.
Lakin buraxdığı səhvlərə görə baş məşqçidən və komanda yoldaşlarından üzr istəyən müdafiəçi əff almağı bacarıb. Bunda isə daha çox komandanın digər üzvlərinin Mirça Rednikdən Elnuru bağışlaması barədə xahişdə bulanması rol oynayıb. Əff qərarına əsasən Elnur yenidən komandanın əsas heyətinə dönüb.
