16 aprel 2011 00:56
Bakı Qarabağ`la görüşə ciddi itkilərlə çıxır
Azərbaycan Premyer Liqasının 27-ci turunun “Qarabağ”la oyununun hazırlıqlarını yekunlaşdıran “Bakı” son gündə bir məşqlə kifayətlənib. Azerisport.az xəbər verir ki, son hazırlıq prosesi fiziki təmrinlər və toplu hərəkətlər üzərində qurulub.
Sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşən İbrahim Karqbo və soyuqdəyməsi olan Jaba komandadan ayrı məşq ediblər.
Bundan əvvəl isə zədəli futbolçular hazırlıq keçiblər. Ernad Skuliç və Rafael Əmirbəyov saat 11-ə təyin olunan məşqi trenajor zalında keçirərkən, Fabio Luis Ramim, Nicat Abdullayev və Stefan Borbikoni xüsusi proqram əsasında yüngül hərəkətlər əsasında çalışıblar.
Komandanın fransız müdafiəçisi Stefan Borbikoni iki gündən sonra komandaya qoşulacaq. AZAL-la oyunda bud nahiyəsindən zədələnən Əmirbəyovun zədəsi isə bir həftəyə sağalacaq.
