16 aprel 2011 13:00

Vergilər Nazirliyi yeni qanunsuz totalizatorlar aşkarladı

Bakı şəhərinin müxtəlif yerlərində qanunsuz totalizator fəaliyyəti ilə məşğul olan ictimai-iaşə obyektlərində futbol və digər idman oyunları ərəfəsində vətəndaşlar tərəfindən proqnoz verilərək pul qoyuluşları həyata keçirilir. Azerisport.az xəbər verir ki, Vergilər Nazirliyinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bu qəbildən olan bəzi obyektlərin rəhbərləri dövriyyələrini, əldə etdikləri gəlirləri gizlədərək vergi orqanlarına təqdim etdikləri bəyannamələrdə təhrif olunmuş məlumatlar əks etdirirlər.
 
Çayxana və ya kafe adı altında fəaliyyətlərini davam etdirən bir sıra totalizator kontorları isə müvafiq qaydada xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar.
 
Vergilər Nazirliyinin müvafiq qurumları tərəfindən paytaxtın müxtəlif yerlərində vergi nəzarəti tədbirləri həyata keçirilərkən fərdi sahibkarlar Əliyev Məhəmməd Qəhrəman oğluna məxsus, Səbail rayonu, Q.Abbasov küçəsi 72 ünvanda yerləşən "NTV+" və Hüseynov Naib Xanbala oğluna məxsus, Nəsimi rayonu, Cavadxan küçəsi 17 ünvanda yerləşən "Qədim Bakı" obyektlərində, fiziki şəxslər Qafarov Şahin Ələsgər oğluna məxsus, Yasamal rayonu, Z. Xəlilov küçəsi 43 ünvanda, Məmmədov Anar Allahverdi oğluna məxsus, Xətai rayonu, M.Rüstəmov küçəsi 34 ünvanda yerləşən "Madrid", Qənbərov Elçin Davud oğluna məxsus, Xətai rayonu, Gəncə prospekti 73 ünvanda yerləşən "Zenit" obyektlərində bu şəxslərin qanunsuz fəaliyyətlərini təsdiq edən faktlar aşkar olunmuşdur. Vergi nəzarəti tədbirləri  zamanı həmin obyektlərdən 1 ədəd noutbuk, 7 ədəd kompüter prosessoru, 294 manat nağd pul, qara mühasibatlıq sənədləri, müxtəlif firmalara məxsus 3 ədəd möhür və yüzlərlə vətəndaşlara verilmiş uduş pullarını təsdiq edən ödəniş qəbzləri və kuponlar maddi sübut kimi götürülmüşdür.
 
Xatırladaq ki, qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində nazirlik tərəfindən əvvəllər həyata keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmiş qanun pozuntuları ilə bağlı qanunamüvafiq tədbirlər görülmüş,   "Bavariya" kafesinin sahibi Quliyev Hacı Çərkəz oğluna qarşı isə 1.752.846,00 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinə əsasən,  cinayət işi başlanmışdır.
 
Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olan, o cümlədən qanunsuz totalizator fəaliyyəti göstərən  bütün fiziki və hüquqi şəxslər barədə qanun çərçivəsində tədbirlər görüləcəkdir.
 
Mənbə: Vergilər Nazirliyinin mətbuat xidməti

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.