18 aprel 2011 01:47
İtaliya çempionatı: Napoli üçün Udinese şoku (YENİLƏNİB)
İtaliya A Seriyasında 33-cüturun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Hesabat turu Romanın eyniadlı komandasının doğma meydanda “Palermo” ilə qarşılaşmasıyla start götürüb. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan meydan sahiblərinə mütləq qələbə qazanmaq lazım olsa da, sonda məğlubiyyətlə üzləşiblər. Son çempion “İnter” də turu məğlubiyyətlə başa vurub. Milan təmsilçisi səfərdə “Parma”ya yenilib. Bu şəhərin digər – eyniadlı təmsilçisi isə növbəti qələbəsini qazanmaqla çempionluğa bir qədər də yaxınlaşıb.
Son oyun günündə isə "Juventus"un "Roma"nı qabaqlamaq şansına malik olduğu halda, Florensiyadan heç-heçə ilə dönməsi diqqətçəkən olub. Əvəzində "Lazio" növbəti qələbəsini qazanmaqla liderlər qrupundakı mövqeyini möhkəmləndirib. Turun mərkəzi görüşündə isə "Napoli" doğma meydanda "Udinese" ilə qarşılaşıb. Tərəflərin gərgin mübarizəsindən gözlənilməz qələbə ilə ayrılan qonaqlar "Milan"ı çempionluğa yaxınlaşdırdığı qədər, "Napoli"ni də bir o qədər uzaq salıb.
İtaliya A Seriyası
33-cü tur
16 aprel
Roma – Palermo – 2:3
Qollar: Totti, 19-pen, Vuçiniç, 90 – Pinilya, 43-pen, Abel Ernandes, 84; 90.
Milan – Sampdoria – 3:0
Qollar: Zidorf, 20, Kassano, 54-pen, Robinyo, 61.
Parma – Inter – 2:0
Qollar: Covinko, 35, Amauri, 86.
17 aprel
Catania - Lazio - 1:4
Qollar: Skelotto, 46 - Ernanes, 40, Mauri, 56, Flokkari, 78, Sarate, 89.
Cesena - Bari - 1:0
Qol: Boqdani, 48.
Chievo - Bologna - 2:0
Qollar: Konstant, 15, Markolini, 83.
Fiorentina - Juventus - 0:0
Genoa - Brescia - 3:0
Qollar: Rafinya, 59, Berardi, 70-öz qapısına, Antonelli, 90.
Lecce - Cagliari - 3:3
Qollar: Mesbah, 49, Fabiano, 87, Korvia, 90 - Akvafreska, 20; 72, Konti, 67.
Napoli - Udinese - 1:2
Qollar: Maskara, 90+4 - Gökhan İnler, 56, Denis, 62.
Matçın 89-cu dəqiqəsində meydan sahiblərinin hücumçusu Kavani penaltidən yararlana bilməyib.
| 1 | Milan | 33 | 21 | 8 | 4 | 59 | - | 23 | 71 |
| 2 | Napoli | 33 | 20 | 5 | 8 | 53 | - | 32 | 65 |
| 3 | Inter | 33 | 19 | 6 | 8 | 58 | - | 37 | 63 |
| 4 | Lazio | 33 | 18 | 6 | 9 | 45 | - | 30 | 60 |
| 5 | Udinese | 33 | 18 | 5 | 10 | 59 | - | 35 | 59 |
| 6 | Roma | 33 | 15 | 8 | 10 | 51 | - | 47 | 53 |
| 7 | Juventus | 33 | 14 | 10 | 9 | 50 | - | 40 | 52 |
| 8 | Palermo | 33 | 14 | 5 | 14 | 50 | - | 54 | 47 |
| 9 | Cagliari | 33 | 12 | 8 | 13 | 41 | - | 40 | 44 |
| 10 | Fiorentina | 33 | 10 | 13 | 10 | 38 | - | 35 | 43 |
| 11 | Genoa | 33 | 11 | 9 | 13 | 34 | - | 37 | 42 |
| 12 | Bologna | 33 | 11 | 10 | 12 | 34 | - | 44 | 40 |
| 13 | Chievo | 33 | 9 | 12 | 12 | 32 | - | 34 | 39 |
| 14 | Catania | 33 | 9 | 9 | 15 | 31 | - | 45 | 36 |
| 15 | Parma | 33 | 8 | 11 | 14 | 32 | - | 45 | 35 |
| 16 | Lecce | 33 | 9 | 8 | 16 | 38 | - | 56 | 35 |
| 17 | Cesena | 33 | 8 | 10 | 15 | 30 | - | 45 | 34 |
| 18 | Sampdoria | 33 | 7 | 11 | 15 | 26 | - | 39 | 32 |
| 19 | Brescia | 33 | 7 | 9 | 17 | 28 | - | 43 | 30 |
| 20 | Bari | 33 | 4 | 9 | 20 | 20 | - | 48 | 21 |
