17 aprel 2011 13:55
Aleksandr Şoliç: Bütün fikirlərimizi kuboka yönəltməliyik
“Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliç Premyer Liqanın 27-ci turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, qolsuz başa çatan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Bizdə yenə heç nə alınmadı. Amma buna görə oyunçuları qınamaq da düzgün çıxmazdı. Hücum edirik, amma qol vura bilmirik. Sanki biz gözə gəlmişik. Bizdən belə mövsümü heç kim gözləmirdi. İndi biz bütün fikirlərimizi Azərbaycan kubokuna yönəltməliyik”.
