17 aprel 2011 17:53
Neftçi XL-la fərqi 8 xala çatdırdı (YENİLƏNİB)
Bu gün Premyer Liqada 27-ci turun oyunlarına yekun vurulur. Azerisport.az xəbər verir ki, hesabat turunun son oyun günündə də 3 qarşılaşma keçirilir.
Öncə meydana ikinci altılığın komandaları çıxıb. Səfərdə MOİK-in qonağı olan "Gəncə" yeni baş məşqçisi Mehman Allahverdiyevlə ilk qələbəsini rəsmiləşdirib. "Qəbələ" isə digər autsayder "Simurq"la ev oyununda rəqibini darmadağın edib. Onların ardınca isə lider “Neftçi” AZAL ilə ev oyununda əsas izləyicilərinin xal itkisindən maksimum yararlanmağa çalışıb. Görüşdə hesabı "təyyarəçilər" açsa da, ikinci hissənin əvvəlində iki dəqiqəyə 2 qol vuran meydan sahibləri əzmkar qələbə qazanıblar. Nəticədə liderin əsas izləyicisi ilə xal fərqi 8-ə çıxıb.
Premyer Liqa
27-ci tur
17 aprel (bazar)
Neftçi - AZAL - 2:1 (0:1)
Qollar: Zohair Benuahi, 6 (0:1), Rəşad Abdullayev, 49 (1:1), Emil Mpenza, 50 (2:1).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Oyun başladı
İlk qol AZAL-dan gəldi. Cərimə zərbəsi zamanı Benuahinin baş zərbəsi dəqiq olur - 0:1
AZAL oyuna kifayət qədər fəal başlayıb və qoldan sonra da hücumlarını davam etdirir
Elvin Əliyev zədələnir və buna görə oyunda qısa fasilə yaranır. Lakin o, həkimlərin müdaxiləsindən sonra meydana dönür
"Neftçi" top saxlamağı bacarsa da, hücum qurmaqda çətinlik çəkir. AZAL isə sırf əks-hücumlara üstünlük verməyə başlayıb
E.Əliyev sarı vərəqə ilə cəzalanan ilk futbolçu olur
Geridə qalan yarım saat ərzində "Neftçi" hələ real qol vəziyyəti yarada bilməyib
"Neftçi"də erkən əvəzləmə: Arif Əsədov Mirhüseyn Seyidovu Cavid Hüseynovla dəyişir
Mpenza cərimə meydançasına asmanı baş zərbəsiylə tamamlasa da, Cahangir Həsənzadə topu tutur
Benuahi simulyasiyaya görə sarı vərəqə ilə cəzalanır
Bliznyukun təhlükəli nöqtədən yerinə yetirdiyi cərimə zərbəsi zamanı top qapının azca üstündən keçir
İlk yarının əsas vaxtına 2 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Neftçi" ikinci hissəyə daha fəal başlayıb
Bunun nəticəsi kimi R.Abdullayev möhtəşəm zərbə ilə hesabı bərabərləşdirir - 1:1
Bu qoldan dərhal sonra Mpenza daha bir qol vurur - 2:1
Mpenza qoldan sonra formasını çıxardığı üçün sarı vərəqə alır
AZAL-da Mirko Bunyevçeviçi Enyo Krastovçev əvəzləyir
Robert Petrov hakimə etiraza görə sarı vərəqə alır
Benuahi dublunu rəsmiləşdirə bilərdi. Lakin o təkbətək çıxdığı qapıçı ilə mübarizədən məğlub ayrıldı
AZAL məğlubiyyətdən qaçmaq üçün çox çalışsa da, hələlik istəyinə çata bilmir
AZAL-ın inanılmaz epizodu qolla nəticələnmir. "Neftçi"nin qapısı qarşısındakı qarışıqlıq zamanı top hətta dirəkdən dönür
Mpenza çox gözəl şansı dəyərləndirə bilmir
"Neftçi"də R.Abdullayevi Yasin Hima əvəzləyir
AZAL-da G.Bliznyukun əvəzində meydana Mənsur Limanı daxil olur
Yasin Hima sarı vərəqə alır
AZAL daha bir gözəl şansı qaçırır. Rauf Mehdiyev Nuqzar Kvirtiyanın qol vurmasına mane olur
Oyun başa çatdı
MOİK – GƏNCƏ - 0:2 (0:2)
Qollar: Armand Feutçine, 3 (0:1), Sabir Allahquliyev, 18 (0:2).
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
Oyun başladı
Dərhal irəli atılan qonaqlar erkən qol sevinir. Armand Feutçine komandasını hesabda önə keçirir - 0:1
Sabir Allahquliyev meydan sahiblərini ikinci dəfə meydanın mərkəzinə dəvət edir - 0:2
"Gəncə" meydan sahiblərini nisbətən çox fəal və inamlı təsir bağışlayır. Görünür, ilk iki oyununda heç-heçə ilə kifyətlənən Mehman Allahverdiyev komandasıyla ilk qələbəsinin böyükhesablı olmasını istəyir
MOİK hücumda da heç nə edə bilmir
İlk dəqiqələrdəki sürətli oyun artıq nisbətən sönük oyunla əvəzlənib
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Feutçinenin daha bir baş zərbəsində azca dəqiqlik çatışmır
Ceyhun Sultanov qol vurmaq şansını dəyərləndirə bilmir
Sultanovun daha bir cəhdi boşa çıxır
Matç başa çatdı və Allahverdiyev "Gəncə" ilə ilk qələbəsini rəsmiləşdirdi
QƏBƏLƏ - SİMURQ - 3:0 (1:0)
Qollar: Milan Antiç, 34 (1:0), Lyuba Baranin, 55 (2:0), Kristian Torres, 88 (3:0).
Qəbələ. Şəhər stadionu.
Oyun başladı
İlk dəqiqələr kəşfiyyat xarakteri daşıyır və qapılar qarşısında təhlükə yaranmayıb
"Simurq"un üzvü Tofiq Mikayılov qapıçıyla üz-üzə qalsa da, son anda Saşa Yunisoğlu onun fərqlənməsinə mane oldu
Saşa Yunisoğlunun düz doqquzluğa ünvanladığı topu rəqib qapıçı Adnan Hodziç son anda kornerə çıxardı
Meydan sahibləri daha fəaldı. Amma Zaqatala futbolçuları inamla müdafiə olunmağı bacarır
Qapıçı ilə üz-üzə qalan Deon Barton "Qəbələ"ni hesabda önə keçirməyə yaxın olsa da, əla şansı qaçırdı
Meydan sahiblərinin daha bir təhlükəli hücumu: Qapıçı Hodziç ilk epizodda komandasını qoldan xilas edir
Lakin hücumun davamında Milan Antiç təkrar zərbə ilə hesabı açır - 1:0
Qonaqların heyətində Elvin Yunusov kobud oyuna görə sarı vərəqə alır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Qəbələ" fasilədən sonra da üstün oyun sərgiləməkdə davam edir
Antiçin dubla imza atmaq cəhdi faydasız qalır
Lyuba Baranin qonaqları növbəti dəfə cəzalandırır - 2:0
"Simurq" təzyiqi artırsa da, istəyinə çata bilmir
Barton da qol vurmaq üçün çox çalışır, amma növbəti cəhdi də faydasızdı
Kristian Torres qonaqları üçüncü dəfə meydanın mərkəzinə dəvət edir - 3:0
Oyun başa çatdı
|
1
|
Neftçi
|
27
|
17
|
8
|
2
|
47-12
|
59
|
|
2
|
Xəzər Lənkəran
|
27
|
14
|
9
|
4
|
30-15
|
51
|
|
3
|
Qarabağ
|
27
|
15
|
5
|
7
|
33-16
|
50
|
|
4
|
AZAL
|
27
|
12
|
9
|
6
|
31-19
|
45
|
|
5
|
İnter
|
27
|
12
|
7
|
8
|
27-22
|
43
|
|
6
|
Bakı
|
27
|
9
|
9
|
9
|
29-24
|
36
|
|
|
|||||||
|
1
|
Qəbələ
|
27
|
11
|
9
|
7
|
28-17
|
42
|
|
2
|
Muğan
|
27
|
9
|
8
|
10
|
21-28
|
35
|
|
3
|
Gəncə
|
27
|
6
|
11
|
10
|
27-31
|
29
|
|
4
|
Turan
|
27
|
6
|
6
|
15
|
21-39
|
24
|
|
5
|
Simurq
|
27
|
3
|
6
|
18
|
15-43
|
15
|
|
6
|
MOİK
|
27
|
2
|
5
|
20
|
9-52
|
11
|
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
12 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə)
