17 aprel 2011 14:39
Nedzipi: Qol vurmağa və qələbə qazanmağa vaxtımız olacaq
“Qarabağ”ın yarımmüdafiəçisi Nderim Nedzipi Premyer Liqanın 27-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Əgər “Neftçi” ilə oyundakı məğlubiyyət hardasa qanunauyğun görünürdüsə, “Xəzər Lənkəran” və “Bakı” ilə qarşılaşmalarda komanda pis görünmürdü. Hərdən belə də olur ki, qol vura bilmirsən. Öz üzərimizdə işləməli olacağıq. Qarşıda hələ “altılığ”ın daha bir dövrəsi var. Hər komanda bir cür nəticə göstərir. Düşünürəm ki, bizim hələ qol vurmağa və qələbə qazanmağa vaxtımız olacaq”.
