17 aprel 2011 15:23
Neftçi – AZAL matçının hakimləri açıqlandı
Hakimlər Komitəsi Premyer Liqanın 27-ci turunun "Neftçi" – AZAL oyununa hakim təyinatlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun Ramil Diniyevin rəhbərlik etdiyi hakimlər briqadasına tapşırılıb.
Qeyd edək ki, bu qarşılaşma ilə hesabat turuna tam şəkildə yekun vurulmuş olacaq.
Premyer Liqa
27-ci tur
Neftçi - AZAL
Hakimlər: Ramil Diniyev, Ramiz Əsədov, İlham Əliyev, Fariz Yusifov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Füzuli Nəcəfov
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00.
