17 aprel 2011 18:08
Qalib gələn razı, məğlub olan narazıdı
Premyer Liqanın 27-ci turunda "Qəbələ" doğma meydanda Zaqatalanın "Simurq" klubunu 3:0 hesabı ilə məğlub etdi. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra komandaların baş məşqçiləri oyunla bağlı bunları dilə gətiriblər:
Qyoko Haciyevski, "Simurq"un baş məşqçisi: "Qəbələ" klubunu qələbə münasibəti ilə təbrik edirəm. Çox maraqlı oyun oldu. Matça baxmayan elə düşünər ki, oyun tək qapıya gedib. Lakin bu belə olmayıb. Hər iki komandanın kifayət qədər qol imkanı oldu. Biz bu imkanlardan istifadə edə bilmədik, lakin "Qəbələ" istifadə etdi, qalb gəldi. Əlimizdən gələni etdik, çox çalışdıq, lakin qalib gələ bilmədik".
Toni Adams, "Qəbələ"nin baş məşqçisi: "Komandadan razı qaldım, hesab da məni qane etdi. Bugünkü oyunda əsas heyətdən 7 futbolçumuz iştirak etmirdi. Mövsüm sonunda müqaviləsi başa çatan futbolçulara özlərini göstərmək üçün şans verdim. Onlar da bacarıqlarını ortaya qoydular, özlərini yaxşı tərəfdən göstərə bildilər".
