17 aprel 2011 18:17
Nazim Süleymanovdan Neftçi`yə çempionluq təbriki
AZAL-ın baş məşqçisi Nazim Süleymanov Premyer Liqanın 27-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, hesabı açdıqları qarşılaşmada sonradan buraxılan qollarla meydanı məğlub tərk edən “təyyarəçilər”in çalışdırıcısı bunları dilə gətirib:
“İkinci hissə başlayan kimi iki erkən qol buraxdıq. Məğlubiyyətə rəğmən komandamdan razıyam. “Neftçi”ni çempionluq münasibətilə təbrik edirəm”.
