17 aprel 2011 18:35
Mehman Allahverdiyev Gəncə ilə ilk qələbəsini şərh etdi
Premyer Liqanın 27-ci turunda MOİK-in qonağı olan "Gəncə" rəqibinə 2:0 hesabı ilə qalib gəldi. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra komandaların baş məşqçiləri bunları dilə gətirib:
Mehman Allahverdiyev, "Gəncə"nin baş məşqçisi: "Bu, "Gəncə"nin baş məşqçisi postunda 3-cü oyunum idi. Əvvəlki oyunlarda iki heç-heçə etmişdik. MOİK-lə oyunda mütləq qələbə qazanmaq istəyirdik. Buna nail olduq, futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. MOİK-in son zamanlar yaxşı oyun göstərdiyini bilirdik. Son turda səfərdə "Simurq"u məğlub etmişdilər. MOİK-ə qarşıdakı oyunlarda uğurlar arzulayıram".
Ramil Əliyev, MOİK-in baş məşqçisi: "Gəncə"ni qələbə münasibəti ilə təbrik edirəm. Artıq sona 5 tur qalıb. Qalan oyunlarda gənc, istəkli futbolçulara şans verəcəyik. Bu gün bəzi futbolçularımız həvəssiz oynadı. Buna uyğun tədbir görəcəyik".
