18 aprel 2011 00:06
Neftçiyə çempionluq təbriki düşür?
Premyer Liqada daha bir tur arxada qaldı. Azerisport.az xəbər verir ki, 27-ci turun qarşılaşmaları ilə həm də final mərhələsi ekvator xəttinə çatmış oldu.
“Altılığ”ın bundan əvvəklo turlarında olduğu kimi, ilk dövrəsinin son turu da daha çox “Neftçi” üçün düşərli oldu. Bundan əvvəlki turlarda da xal itirən, hətta qələbəyə həsrət qalan əsas izləyicilərinin xal itkisi Arif Əsədovun komandası üçün əla şans yaratmışdı. Hər halda “ağ-qaralar” AZAL ilə ev oyununda qələbə qazanacağı halda ən yaxın izləyicisindən 8 xal aralana bilərdi.
Lakin paytaxt dueli lider üçün heç də uğurlu başlamadı. Erkən qol buraxması azmış kimi, bakılıların ilk yarıdakı oyunu onların ümumiyyətlə qarşılaşmada heç bir dönüş yarada bilməyəcəyi təsəvvürünü yaradırdı. Amma ikinci yarıya fırtına kimi başlayan Əsədovun komandası qısa zamanda vurduğu iki qolla dönüş yarada bildi. Düzdü, “təyyarəçilər” bundan sonra da sərgilədikləri oyunla ən azı 1 xala layiq olduqlarını isbatlamağı bacardılar. Bu isə sonda məğlubiyyətdən qaçmağa kömək etmədi.
Amma hər şeydən önəmlisi lider əsas izləyicisi “Xəzər Lənkəran”la xal fərqini 8-ə çıxarmaqla, intriqanı bir qədər də aşağı saldı. Təsadüfi deyil ki, artıq “Neftçi”nin bu üstünlüyünü əldən verməyəcəyinə şübhə etməyən Nazim Süleymanov da rəqib komandanı çempionluq münasibətiylə təbrik etdi.
Bütün bunlardan sonra bir gün öncə müvafiq olaraq “İnter” və “Bakı” ilə oyunlarda xal itirən XL və “Qarabağ”ın hansısa sensasiyaya imza atmaq şansları çox az qiymətləndirilir. Hər halda nə “Neftçi”nin sonuncu dövrəyə təsadüf edəcək qalan 5 oyununda məğlubiyyəti, nə də onun əsas izləyicilərinin bütün görüşlərdə qələbə qazanması inandırıcı görünür. Odu ki, “ağ-qaralar”ı növbəti çempionluq münasibətilə təbrik etməyə dəyər. Baxmayaraq ki, hər kəs ötən mövsümkü intriqanın bu il də hökm sürməsini çox arzulayırdı. Xatırlayırsızsa, həmin mövsüm hətta son turda bir neçə komandanın çempion olmaq şansı qalmaqda idi. Amma indi demək olar ki, həm çempion, həm də elitanı tərk edənlərin kimliyi dəqiqləşib. Sona 5 tur qalmasına rəğmən…
Elitanı tərk edəcək komandalardan söz düşmüşkən, MOİK və “Simurq” da hesabat turunu məğlub başa vurdular və bu kollektivlər də sensasiyaya imza atmaq gücündə olmadıqlarını bir daha isbatlamış oldular. Qyoko Haciyevskinin yetirmələri Toni Adamslı “Qəbələ”nin ikinci heyəti qarşısında darmadağından qaça bilmədilər. “Hərbçilər” isə “Gəncə”yə məğlubiyyətdən yaxa qurtara bilmədilər. Qərblilərin qazandığı qələbə isə daha çox baş məşqçi Mehman Allahverdiyev üçün əlamətdar oldu. Axı ilk iki oyununda heç-heçə edən bu mütəxəssis üçüncü matçında birinci qələbəsinə sevindi.
Premyer Liqa
27-ci tur
Qəbələ - Simurq - 3:0 (1:0)
Qollar: Milan Antiç, 34 (1:0), Lyuba Baranin, 55 (2:0), Kristian Torres, 88 (3:0).
Vərəqə: Elvin Yunusov, 43 – sarı.
Hakimlər: Vüsal Əliyev, Aydın Ələkbərov, Knyaz Əmiraslanov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
17 aprel 2011. Bakı. Qəbələ şəhər stadionu. 500 tamaşaçı
Qəbələ: 30. Anar Nəzirov, 4. Ramin Quliyev, 6. Lyuba Baranin (k), 10. Deon Barton (17. Arif İsayev, 81), 14. Milan Antiç, 15. Razvan Tarlea, 16. Abdulkader Kamara, 19. Branimir Subaşiç (20. Kristian Torres, 76), 22. Murad Hüseynov, 33. Saşa Yunisoğlu, 34. Stiv Olfers.
Ehtiyat oyunçular: 12. Pavel Dorosev, 5. Sergey Sokolov, 9. Bruno dos Anjos, 24. Tərzin Cahangirov, 25. Nuran Qurbanov.
Baş məşqçi: Toni Adams.
Simurq: 22. Adnan Hodziç, 17. Rüstəm Məmmədov (k), 28. İlkin Qırtımov (16. Samir Musayev, 61), 6. Mikayıl Rəhimov, 8. Qərib İbrahimov, 2. Səbuhi Həsənov (7. Samir Əliyev, 46), 5. Elvin Yunusov, 25. Tofiq Mikayılov, 9. Əli Bağırov, 10. Vasif Əliyev, 15. Elvin Musazadə (3. Rasim Ramaldanov, 68).
Ehtiyat oyunçular: 12. Tural Abbaszadə, 14. Anar Həsənli, 19. Ramin Nəsibov, 23. Camal Məmmədov.
Baş məşqçi: Qyoko Haciyevski.
MOİK - Gəncə - 0:2 (0:2)
Qollar: Armand Feutçine, 4 (0:1), Sabir Allahquliyev, 18 (0:2).
Vərəqələr: Natiq Əkbərov, 22, Emin Cəfərquliyev, 74 - Şahin Kərimov, 85 – sarı.
Hakimlər: Hacıəli Ağayev, Coşqun Həsənov, İsgəndər Əliyev, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Qurban Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
17 aprel 2011. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 200 tamaşaçı.
MOİK: 1. Səlahət Ağayev, 19. Natiq Əkbərov,6. Emin Mustafayev, 7. Nizami Hacıyev (13. Comərd Baxşəliyev, 46), 14. Tural İsgəndərov, 16. Elçin Xəlilov, 17. Azər Həşimov, 20. Vüqar Əsgərov (8. Ruhid Usubov, 46), 21. Emin Cəfərquliyev, 23. Tural Nərimanov (3. Rəşad Hacızadə, 60), 24. Ramil Əliyev (k).
Ehtiyat oyunçular: 22. Tariyel Hüseynov, 4. Zeynalabdin Hüseynov, 10. Orxan Babayev, 18. Rəfael Qəvami.
Baş məşqçi: Ramil Əliyev.
Gəncə: 1. Edis Kurtanoviç, 2. Xəyal Mustafayev (k), 5. Mətləb Məmmədov (3. Vasif Haqverdiyev, 69), 6. Samir Zərgərov, 8. Armand Feutçine (20. Vüsal Hüseynov, 46), 10. Ceyhun Sultanov, 11. Sabir Allahquliyev, 13. Zura Dzamsaşvili, 15. Şahin Kərimov, 17. Renat Sultanov, 23. Junivan Suares (24. Vladimir Zelenbaba, 90+2).
Ehtiyat oyunçular: 22. Ruslan Məcidov, 14. Asəf Qədiri, 25. Kristaps Qrebis, 27. Ramazan Abbasov.
Baş məşqçi: Mehman Allahverdiyev.
Neftçi - AZAL - 2:1 (0:1)
Qollar: Zohair Benouahi, 6 (0:1), Rəşad Abdullayev, 49 (1:1), Emil Mpenza, 51 (2:1).
Vərəqələr: Emil Mpenza, 51, Yasin Hima, 90 - Elvin Əliyev, 30, Zohair Benouahi, 36, Robert Petrov, 63 – sarı.
Hakimlər: Ramil Diniyev, Ramiz Əsədov, İlham Əliyev, Fariz Yusifov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
17 aprel 2011. Tofiq Bəhramov adına Respublika stadionu. 1500 tamaşaçı.
Neftçi: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavko Georgiyevski (25. Cavid İmamverdiyev, 88), 9. Flavinyo, 10. Emil Mpenza, 15. Ruslan Abışov, 16. Alessandro Viano da Silva, 19. Mirhüseyn Seyidov (11. Cavid Hüseynov, 32), 27. Rəşad Abdullayev (11. Cavid Hüseynov, 78).
Ehtiyat oyunçular: 34. Vitali Kovalyov, 17. Araz Abdullayev, 18. Ruslan Əmircanov, 26. Tərlan Quliyev.
Baş məşqçi: Arif Əsədov.
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 14. Elvin Əliyev, 9. Viktor İbekoyi, 10. Nuqzar Kvirtiya, 11. Zohair Benouahi, 20. Gennadi Bliznyuk (16. Mensur Limani, 83), 21. Mirko Bunyevçeviç (24. Enyo Krastovçev, 60), 15. Qvidas Yuska.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 7. Tərlan Xəlilov, 6. Ritus Krjauklis, 17. Vüsal Qarayev, 22. Anar Həsənov.
Baş məşqçi: Nazim Süleymanov.
Qeyd edək ki, hesabat turunun digər qarşılaşmaları ötən gün keçirilmişdi: Bakı - Qarabağ - 0:0, XL - İnter - 1:1, Muğan - Turan - 2:1.
|
1
|
Neftçi
|
27
|
17
|
8
|
2
|
47-12
|
59
|
|
2
|
Xəzər Lənkəran
|
27
|
14
|
9
|
4
|
30-15
|
51
|
|
3
|
Qarabağ
|
27
|
15
|
5
|
7
|
33-16
|
50
|
|
4
|
AZAL
|
27
|
12
|
9
|
6
|
31-19
|
45
|
|
5
|
İnter
|
27
|
12
|
7
|
8
|
27-22
|
43
|
|
6
|
Bakı
|
27
|
9
|
9
|
9
|
29-24
|
36
|
|
|
|||||||
|
1
|
Qəbələ
|
27
|
11
|
9
|
7
|
28-17
|
42
|
|
2
|
Muğan
|
27
|
9
|
8
|
10
|
21-28
|
35
|
|
3
|
Gəncə
|
27
|
6
|
11
|
10
|
27-31
|
29
|
|
4
|
Turan
|
27
|
6
|
6
|
15
|
21-39
|
24
|
|
5
|
Simurq
|
27
|
3
|
6
|
18
|
15-43
|
15
|
|
6
|
MOİK
|
27
|
2
|
5
|
20
|
9-52
|
11
|
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
12 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə)
