17 aprel 2011 11:43

Haciyevski: İlk dəfədi belə vəziyyətlə üzləşirəm

“Simurq”un baş məşqçisi Qyoko Haciyevski azerisport.az saytına müsahibəsində “Qəbələ” ilə oyun ərəfəsindəki və Premyer Liqada qalmaq şanslarından danışıb.
 
- “Qəbələ” ilə oyundan nə gözləyirsiz?
- Biz Qəbələyə elə-belə gəlməmişik. Biz çox istəyirik ki, özümüzü ən yaxşı tərəfdən göstərək və qələbə qazanaq.

- Sizcə, bu, realdı?
- Biz bu  mövsüm səfərdə “Gəncə”ni məğlub edə bilmişik. Niyə bunu “Qəbələ” ilə oyunda da təkrarlamayaq? Bizim gənc heyətimiz var. Sadəcə qeyri-sabit çıxış edirik.
 
- Komandanın hazırkı durumu kifayət qədər çətindi. Bəs siz öz yetirmələrinizi oyunlara necə kökləyirsiz?
- Mən vəziyyətin nə qədər çətin olduğunu gözəl başa düşürəm. Onu da qəbul edirəm ki, “Simurq”un şansları çox azdı. Amma son tura kimi mübarizəmizi davam etdirəcəyik. Onsuz da bizim başqa çıxış yolumuz yoxdu.
 
- Sizin fikrinizcə, niyə Zaqatala klubunda hər şey belə alındı?
- Bildiyiniz kimi, qışda biz məhz bu oyunlar üçün nəzərdə tutulan bir neçə futbolçunu heyətimizə qatdıq. Amma onların heç biri daimi şəkildə məşq etmir. Bizi zədələr çox geri atdı. Əvəzedici qüvvə isə demək olar ki, yoxdu. Gənc uşaqlar var, onların da təcrübəsi yoxdu.
 
- Bəs klub rəhbərliyi nə deyir? Sizin işinizi necə qiymətləndirir?
- Klub rəhbərliyi ilə aramızdakı dialoqların hamısını açıqlaya bilmərəm. Amma mənim özümə şəhərə çıxmaq çox utandırıcıdı. Zaqatalada əla azarkeşlər var. Onların Premyer Liqadan kənar qalması çox məyusedici olacaq.
 
- Sizi təəccübləndirə və ya əksinə məyus edən futbolçular varmı?
- Bəlkə də bu, qəribə səslənəcək, amma mənim öz oyunçularıma iradım yoxdu. Onlar əla oyun sərgiləyiblər. Sadəcə bizdə təcrübə çatışmır, hansı ki, bunu dəfələrlə demişəm. Amma onlara bir mövsümə təcrübə yığmaq heç də asan deyil.

- Bəlkə, bütün bunlara səbəb sizin belə zəif komandalarda işləməməyinizlə bağlıdı?
- Həqiqətən, mən ilk dəfədi belə vəziyyətlə üzləşirəm. Elə buna görə də bir müddət öncə mən rəhbərlikdən istefa vermək istəyi ilə xahiş etdim. Ancaq rəhbərlik bu təklifimi müsbət cavalamadı. İndi hər şeyə rəğmən mövsümün sonuna kimi mübarizəmizi davam etdirməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.