18 aprel 2011 13:02
Yığmamız üçün Dubayda iki yoldaşlıq oyunu
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası 2 yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, aprelin 19-da və 20-də keçiriləcək hər iki oyunda millimizin rəqibi Birləşmiş Ərəb Əmirliklərinin ikinci yığma komandası olacaq.
Əl Mamzar Parkda keçiriləcək qarşılaşmalar yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 18:00) başlayacaq.
