18 aprel 2011 13:25
Azərbaycanda ən populyar çempionatlar müəyyənləşdi
Azərbaycanda ən çox izlənilən və maraq göstərilən xarici ölkə çempionatlarının siyahısı müəyyənləşib. Azerisport.az xəbər verir ki, saytımızda aparılan sorğunun nəticələrinə əsasən bu qənaətə gəlmək olar ki, ölkəmizdə ən populyar çempionat İspaniya primerosudu.
Məsələ burasındadı ki, “sizcə, Azərbaycanda bu ölkə çempionatlarından hansına daha böyük maraq var” sualı ilə müraciət etdiyimiz oxucularımızın 38 faizi məhz İspaniya La Liqasına üstünlük verdiyini ifadə edib.
La Liqadan sonra ən çox səs toplayan digər milli birincilik isə İngiltərə Premyer Liqası olub. Bu ölkə birinciliyi cüzi say azlılğı ilə ikinci yeri tutub. Bu çempionata maraq göstərən fanatlar 37 faiz təşkil edib.
Üçüncü yeri isə Türkiyə Superliqası tutub. Lakin qardaş ölkə çempionatına maraq favoritlərə nisbətən xeyli azdı - 11 faiz. İtaliya A Seriyası 9, Almaniya Bundesliqası 3, Fransa Liqa 1-i isə cəmi 1 faiz səs toplaya bilib.
