18 aprel 2011 14:01

Aleksandr Şoliç: Xəzər Lənkəran`ı keçsək, kubok bizim olacaq

“Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliç azerisport.az saytına müsahibəsində Premyer Liqanın 27-ci turunun “Qarabağ”la oyunundan, həmçinin ölkə kubokundakı şanslarından danışıb.

- “Bakı” yenə qələbə qazana bilmədi...
- Bizim vəziyyətimiz turdan-tura pisləşir. “Qarabağ”la oyuna ancaq qələbə üçün çıxmışdıq. Bütün futbolçular bu yolda sona kimi əlindən gələni edəcəyinə söz vermişdi. Ancaq alınmadı. Bilmirəm, problem nədədi. Pis oynamadıq, qol vəziyyətləri yaratdıq. Amma qol vura bilmədik. Rəqibi də qiymətləndirmək lazımdı. “Qarabağ” ölkənin ən güclü klublarından biridi. Baxmayaraq ki, bu, bizim günahımızı azaltmır. Biz mütləq qələbə qazanmalıydıq.
 
- Bəs nə problem var?
- Problemlər haqda heç nə deyə bilmərəm. Bunu bilirdik və həll etdik. İndi özünüz baxın: yaxşı heyətimiz var, amma nəticə yoxdu. Ola bilər ki, bizə göz dəyib. Hər oyuna yaxşı əhval-ruhiyyədə çıxdığımız halda, qol vura bilmirik. Bu, mənim “Bakı”da keçirdiyim ən pis mövsümdü. Belə nəticə göstərəcəyimizi heç kim gözləməzdi.
 
- Sizin demək olar ki, medallara şansınız qalmayıb. Bundan sonrakı oyunlara hansı motivasiya ilə çıxacaqsız?
- Çempionatda medal qazanmaq şansımız çox azdı. Bütövlükdə isə bizim ikinci və ya üçüncü yerdə gedən klublara çatmağımız elə də real görünmür. Hətta 4-cü pilləyə qalxmağımız da çətin olacaq. Biz rəqiblərimizdən çox geri qalırıq. Amma bütün bunlara rəğmən sona kimi mübarizəmizi davam etdirəcəyik. Ən azı klubun imici, adı uğrunda oynamalıyıq. Rəqiblərimizə asanlıqla xal verməyi planlaşdırmırıq. Əsas ümidlərimiz isə sadəcə ölkə kubokuna yönəlib.
 
- Yarımfinalda sizi “Xəzər Lənkəran”la duel gözləyir...
- Çox güclü komandadı. Hansı ki, hazırda çempionatda lider “Neftçi”nin əsas izləyicisidi. Onlarla oyunumuz çox çətin olacaq. Amma biz mütləq qələbə qazanmağa çalışacağıq. Başlıca vəzifəmiz Lənkəranda 1 və ya 2 qol vurmaqdı. O halda bizə bir qədər asan olacaq. XL qışda çox yaxşı güclənib. Çempionatda son dövrlər xal itkisi ilə üzləşsələr də, hazırlıqlı komandadı.
 
- Lənkəranlıların heyətində kimi xüsusi qeyd edərdiniz?
- Mənim daha çox Emeka Opara xoşuma gəlir. Həmçinin Uinston Parksla Julius Vobayı da qeyd edərdim. Onlar qol vurmağı bacarırlar. Ancaq biz heç kimdən qorxmuruq. Potensialımız XL üzərində qələbə haqda düşünməyə imkan verir. Mənə elə gəlir ki, XL-ı keçə bilsək, kubok bizim olacaq. Əsas finala adlamaqdı.
 
- Sizcə, onlar ötən mövsümü unudublar?
- Hesab edirəm ki, küsülü qalmağa dəyməz. Məgər biz nəsə pis bir şey etmişdik? Sadəcə “Bakı” göstərmişdi ki, təmiz oyun göstərir. Biz heç bu mövsüm də heç bir rəqibimizə asanlıqla xal vermirik və buna hazırlaşmırıq da. Onların titulsuz qalması bizim problem deyildi.
 
- Bəs öz oyununuzdan nə dərəcədə razısız?
- Xeyr, razı deyiləm. Biz hər turda xal itiririksə, necə razı qala bilərəm? Mən ötən mövsüm pleymeyker kimi oynayırdım. İndi isə sadəcə yarımmüdafiəçi kimi oynayıram. Müdafiədə daha çox yer alıram, nəinki hücumda. Mən meydanda azad olmağı sevirəm. İndi isə öz mövqeyimdə oynamıram. Ancaq mən baş məşqçinin dediklərini həyata keçirməyə borcluyam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.