18 aprel 2011 14:31
Abşeron ilk çempionluğunu bayram etdi
Ötən gün "Abşeron" birinci divizionda çempionluğunu rəsmiləşdirdi. Azerisport.az xəbər verir ki, bir tur əvvəl Premyer Liqaya vəsiqə qazanan komanda dünən "Karvan"ı məğlub etməklə sona iki tur qalmış Azərbaycan çempionu adını qazandı.
"Abşeron" çempionluq sevincini tək yaşamayıb.Komandaya dəstək verməyə gələn tanınmış ziyalılar - Azərbaycan Bəstəkarlar İttifaqının katibi Eldar Mansurov, görkəmlı telerejissor, əməkdar incəsənət xadımı Vasif Babayev komandanı ilk təbrik edənlər arasında olub. Əməkdar artisti Eyyub Yaqubovun matçdan sonra meydançada görünməsi isə istər futbolçular, istərsə də, azarkeşlər üçün xoş sürpriz olub. Sənətçı repertuarındakı ən sevilən mahnılardan biri olan "Abşeronum"u ifa etməklə "Abşeron"u çempionluq münasibətilə təbrik edib, onlara Premyer Liqadakı uğurlar arzulayıb. Fanatlar isə qələbə sevincini bayram atəşfəşanlığıyla qeyd edib.
