18 aprel 2011 16:22
Bakı yollarını ayıracağı futbolçuları müəyyənləşdirib
Cari mövsüm kifayət qədər uğursuz çıxışı ilə seçilən “Bakı” bir sıra oyunçuları ilə yollarını ayırmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, artıq onlardan ikisinin kimliyi müəyyənləşib.
Bunlardan biri Mahmud Qurbanov olacaq ki, təcrübəli futbolçuya klubda başqa bir vəzifənin verilməsi gözlənilir. Lakin “zolaqlılar”ın digər yarımmüdafiəçisi Junior Osvaldo (Juninyo) ilə yollar ayrılacaq. Çox güman ki, “Xəzər Lənkəran”ın sabiq braziliyalı yarımmüdafiəçisi üçün bu mövsüm ölkəmizdə sonuncu olacaq.
Lakin Mahmudla Juninyodan başqa daha bir neçə futbolçunun gedişi gözlənilir ki, onların arasında həm yerlilərin, həm də əcnəbilərin olacağı iddia olunur.
