18 aprel 2011 16:30
Qəbələ Chelsea və Trabzonsporla üz-üzə
“Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibarət komandasının 2-ci Beynəlxalq Kuşadası turnirində iştirak etmək məqsədilə aprelin 19-da Türkiyəyə yollanacağını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, qardaş ölkəyə 27 nəfərlik heyətlə yollanacaq komandamızın 5 günlük turnir müddətində qrup mərhələsində qarşılaşacağı rəqiblərinin adları müəyyənləşib.
Təmsilçimiz ilkin mərhələdə “Chelsea”, “Trabzonspor”, “Altay”, Adana Gənçlərbirliyi” və “Berlin Türkiyemspor”la mübarizə aparacaq. Turnirin açılış günündə - aprelin 20-də “Qəbələ” müvafiq olaraq 3 komanda ilə - “Trabzonspor”, “Chelsea” və “Adana Gənclərbirliyi” ilə üz-üzə gələcək. Bir gün sonra isə təmsilçimiz “Altay” və “Berlin Türkiyemspor”la münasibətlətini aydınlaşdıracaq. Qrup oyunları tək hissədən ibarət olacaq və 25 dəqiqə davam edəcək. Qrup mərhələsindən sonrakı matçlar yenə tək hissəli, amma 35 dəqiqə oynanılacaq. Yalnız final matçının qalibi iki 20 dəqiqəlik hissədə müəyyənləşdiriləcək.
“Qəbələ” Türkiyəyə aşağıdakı heyətlə yollanacaq: Yusif Şirinov, Aleksey Dedyukin, Həsənağa İsmayılov, Bəhlul Mustafazadə, Ayhan Əsədov, Mirəli Məmmədzadə, Fərid Məmmədov, Samir Musayev, Ülvi İskəndərov, Əli Səmədov, Fuad Bayramlı, Qədir Bayramlı, Çingiz Hüseynov, Sahil Mirzəyev, Yusif Nəbiyev, Roman Hüseynov, Fərid Əsədli, Orxan Mehrəlizadə.
Bundan əlavə Akademiya rəhbərliyi turnir boyunca təşkil olunacaq “Futbol İnfrastruktruna Baxış” movzusunda seminarda da iştirak edəcək.
