18 aprel 2011 16:44

“AZAL ilə qarşılaşma isə bizim üçün ilin oyunu olacaq”

“İnter”in yarımmüdafiəçisi David Odikadze Premyer Liqanın 27-ci turunun “Xəzər Lənkəran”la oyunu barədə danışıb, qarşıdakı “Qarabağ”la çempionat, AZAL-la kubok görüşü öncəsi şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, öncə son qarşılaşmayla bağlı fikirlərini bölüşüb:

“Qarşılaşma kifayət qədər maraqlı və çətin alındı. Şəxsən mən “Xəzər Lənkəran”ı hazırda Azərbaycanın ən güclü komandası hesab edirəm. Onlara qarşı səfərdə oynamaq ikiqat çətindi. Buna görə də heç-heçəni çəkinmədən bizim üçün pis olmayan nəticə hesab etmək olar. Dolu stadion və komandalarını dəstəkləyən azarkeşlər, təbii ki, bizim işimizi çətinləşdirir. Lakin digər tərəfdən də etiraf etmək lazımdı ki, belə şəraitdə oynamaq kifayət qədər xoşdu”.
 
Qeyd edək ki, oyuna bir gün qalmış ad gününü qeyd edən Odikadze vurduğu qolla öz ad gününə hədiyyə etmiş oldu. Bəs görəsən, komanda yoldaşları onu necə təbrik edib: “Bütün uşaqlar ad günü münasibətilə məni təbrik etdilər. Lakin təəssüf ki, ad günümü qeyd etməyə azad vaxtım yoxdu. Ümid edirəm, tezliklə gec də olsa ad günümü qeyd edəcəyəm”.
 
Odikadze “Qarabağ” və AZAZ-la növbəti matçlar öncəsi isə bunları söyləyib: “Qarabağ” Azərbaycan futbolunun liderlərindən biridi və bizi kifayət qədər çətin qarşılaşma gözləyir. Biz hazırlaşacağıq və var gücümüzlə mübarizə aparacağıq. AZAL ilə qarşılaşma isə bizim üçün ilin oyunu olacaq. Bu mövsüm biz hələlik onları məğlub edə bilməmişik. Bundan başqa, bir dəfə hətta onlara böyük hesabla məğlub olmuşuq. Bu vəziyyət AZAL ilə qarşıdakı matçların prinsipiallığını artırır. Həmçinin deyə bilərəm ki, Azərbaycan Kuboku avrokuboka düşmək üçün yaxşı imkandı”. (klubun rəsmi saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.