18 aprel 2011 17:38
Toya hazırlaşan millinin futbolçusu qəzada həyatını itirdi (FOTO)
Yunanıstanın əsas liqasında mübarizə aparan “Skoda Xanthi”nin nigeriyalı müdafiəçisi Olubayo Adefemi şok ölümü ilə həm bu ölkədə, həm də vətənində futbol ictimaiyyətini qəmə salıb. Azerisport.az xəbər verir ki, o, Yunanıstanın Kavala şəhərindən Selanikə gedərkən idarə etdiyi avtomobilin idarəçiliyini itirib və nəticədə acı sonluğa gətirib çıxaran qəzaya uğrayıb.
25 yaşlı futbolçu elə hadisə yerindəcə dünyasını dəyişib. Yunanıstan polisinin yaydığı xəbərdə o da xüsusi vurğulanır ki, nigeriyalı futbolçu öz toyunun hazırlıqları üçün yola çıxıbmı.
Qeyd edək ki, Adefemi Nigeriya millisinin də şərəfini qoruyurdu. O, 3 dəfə ölkəsinin yığmasına dəvət almışdı.
