18 aprel 2011 23:30
Yığmamız İtaliyadakı 2-ci sınağında da məğlub oldu (YENİLƏNİB)
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının İtaliyada təşkil olunmuş təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, komandamız bu gün hazırlıq prosesi çərçivəsində daha bir sınaq matçına çıxıb.
Komandamızın rəqibi İtaliyanın “Montechiari” klubunun U-16 komandası olub. Qarşılaşma futbolçularımızın 0:2 hesablı yenilgisi ilə başa çatıb.
Xatırladaq ki, komandamız bundan öncə "Atalanta" klubunun U-16 komandası ilə də yoldaşlıq oyunu keçirmiş və 2 cavabsız qolla məğlub olmuşdu.
