18 aprel 2011 11:21
AFFA rəsmiləri FİFA-ya dəvət olundu
17 yaşadək qızlardan ibarət yığma komandalar arasında 2012-ci ildə Azərbaycanda keçiriləcək dünya çempionatının yerli Təşkilat Komitəsinin sədri, AFFA-nın baş katibi Elxan Məmmədov, komitənin üzvləri – Cavid Qarayev, Elnur Məmmədov, Şəhla Sultanova, Nərgiz İsmayılova və Nərgiz Məmmədova İsveçrənin Sürix şəhərinə 1 günlük rəsmi səfərə gediblər. Azerisport.az xəbər verir ki, Təşkilat Komitəsinin üzvləri səfər proqramı çərçivəsində FİFA nümayəndələri ilə görüşlər keçirəcək, U-17 qızlar arasında DÇ-2012-nin təşkilati işləri ilə bağlı müzakirələr aparacaqlar.
