18 aprel 2011 11:40
Millət vəkilləri Bakı`nın bazasında
Bakı futbol klubunun təlim-məşq bazasında bir qrup millət vəkili və veteran futbolçular arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, millət vəkillərindən formalaşan komandanın heyətində Fazil Qəzənfəroğlu, Səyavuş Novruzov, Azay Quliyev, Etibar Hüseynov, Zahid Oruc, Adil Əliyev, Xanlar Fətiyev, Asəf Haciyev, Qudrət Həsənquliyev yer alıb.
Veteran futbolçuların komandasında isə Musa Qurbanov, Asim Xudiyev, Oqtay Abdullayev, Nazim Əliyev, Şahin Diniyev kimi usta futboçular olub. Yoldaşlıq qarşılaşmasının nəticəsi bir o qədər də önəmli olmayıb. Bununla belə meydanda əsl mübarizə müşahidə etmək olardı. Təadüfi deyil ki, sonda veteranlar minimal üstünlüklə (8:7) qalib gələ biliblər.
Oyundan sonra millət vəkilərindən ibarət komandanın kapitanı, YAP gənclər təşkilatının sədri Səyavuş Novruzov fikirlərini ifadə edib: “Bakı” futbol klubu Azərbaycanda azarkeşlik etdiyim klublardan biridi. Mütamadi olaraq bu klubun oyunlarında iştirak edirəm. Qeyd edim ki, klub istər Avropa, istərsə də ölkədaxili yarışlarda layiqincə çıxış edir.
Bu gün “Bakı” futbol klubunun təlim-məşq bazası ilə tanış oldum. Cəmi 18 ay ərində Azərbaycanda belə bir möhtəşəm idman kompleksi yaradılıb. Bu inkişaf yolunda atılan çox inamlı addımdı.
Başda klub prezidenti olmaqla bütün kollektivinizə, məşqçi heyətinə təşəkkürümüzü bildirik ki, el-el, oba-oba gəzərək ümidverən yeniyetmələri, gəncləri bura toplamısınız, onların idmanla məşqul olması üçün şərait yaratmısınız. Bütün futbolçulara seçdikləri çətin peşədə böyük uğurlar arzu edirəm”.
Mənbə: "Bakı"nın rəsmi saytı
