18 aprel 2011 11:52
10 MQ 400 (FOTO)
Premyer Liqanın "Bakı" - "Qarabağ" qarşılaşmasının 77-ci dəqiqəsində Azərbaycan futbolunun yeni rekordu təyin olundu. Azerisport.az xəbər verir ki, həmin an meydana çıxan Mahmud Qurbanov ölkə çempionatlarında 400 oyun keçirən ilk futbolçu kimi tarixə düşdü.
Mahmud Qurbanov Azərbaycan futbolunun ən təcrübəli futbolçusudu. 1992-ci ildə peşəkar futbol karyerasının ilk addımlarını atan Mahmud 2011-ci ildə Azərbaycan çempionatlarında 400 oyun keçirən ilk futbolçu kimi qeydə alındı.
"Kəpəz", "Neftçi", "İnter", "Xəzər Lənkəran", "Şəmkir" kimi klublarda forma geyən Mahmud Qurbanov 2008-ci ildən etibarən "Bakı" futbol klubunun idman şərəfini qoruyur. Təsadüfi deyil ki, klub tərəfdarları da bu rekorda hazırlıq görmüşdülər. Mahmud Qurbanovun meydana çıxdığı an tərəfdarların tribunada qaldırdığı pankart olduqca maraqlı idi:
10 MQ 400 (10 Bakı, MQ - Mahmud Qurbanov, 400 - 400-cü oyun)
