18 aprel 2011 12:00
Qarabağ İnterlə oyunun hazırlıqlarına sabah başlayacaq
Premyer Liqanın ötən turunda "Bakı" ilə qarşılaşan "Qarabağ" bazar günü keçirdiyi yüngül məşqdən sonra bu gün istərahətə buraxılıb. Azerisport.az xəbər verir ki, sabahdan etibarən hazırlıqları bərpa edəcək Ağdam təmsilçisinin Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda iki məşq keçəcəyi bildirilir.
Günün ilk məşqi 11:00-a, 2-ci çalışma isə 17:00-a planlaşdırılıb. Xatırladaq ki, "Qarabağ" Premyer Liqanın 28-ci turunda son çempion "İnter"i qəbul edəcək.
