18 aprel 2011 00:03
Yığmamız italiyalı futbolçularla bacarmadı
İtaliyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi yerli “Renate” klubu olub.
İtaliyanın aşağı liqa təmsilçisi ilə qarşılaşmada yığmamız 0:2 hesabı ilə məğlub olub. Maraq üçün xatırladaq ki, Vəli Qasımovun yetirmələri bundan öncə “Carpenedolo” komandası ilə də qarşılaşmışdı. Həmin oyun isə 1:1 hesabı ilə başa çatmışdı.
