18 aprel 2011 02:12
Vaqif Sadıqov Moskva Spartak`ı üzərində qələbəyə sevindi
Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqovun çalışdığı “Anji” doğma meydanda Moskva “Spartak”ıyla qarşılaşıb.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Mahaçqala klubunun qollarına 29-cu dəqiqədə Qolenda, 75-ci dəqiqədə isə Anqbva imza atıb.
Bu nəticə sayəsində həmyerlimizin komandası 5 oyundan topladığı 8 xalla 6-cı pilləyə qalxıb. Qeyd edək ki, “Anji” keçirdiyi oyunlardan ikisində qələbə qazanıb, 2-də heç-heçə edib, 1-də isə məğlub olub.
