18 aprel 2011 00:08
Denis Silvadan ekzotik addım (FOTO)
"Neftçi”nin müdafiəçisi Denis Silva maraqlı addım atıb. Azerisport.az xəbər verir ki, futbolçular adətən meydana üzərində adlarının qısa yazıldığı forma ilə çıxsalar da, “ağ-qaralar”ın müdafiəçisi yenilik etmək qərarına gəlib.
Belə ki, o, Premyer Liqanın 27-ci turunun AZAL ilə oyununa öz adının altında mötərizə içində həyat yoldaşının və qızının da adlarının yazıldığı forma ilə çıxıb. Onun həmin bu orijinal və ekzotik addımını elə bu şəkildən də açıq-aşkar görmək olur.
