18 aprel 2011 00:43

Berti Foqts: Onların elə zəif oynaması mənim günahım deyil

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Premyer Liqanın 27-ci turunun “Neftçi” – AZAL matçının fasiləsində azerisport.az saytının müxbirinin suallarını cavablayıb.
 
- Mən optimist insanam. Amma birinci hissə mənim xoşuma gəlmədi.
 
- Bəs “Bakı” – “Qarabağ” (0:0) qarşılaşmasından da razı qalmamısız?
- Bu oyundan da daha çox sürət və aqressivlik gözləyirdim. Təəssüf ki, bunlardan heç birini görə bilmədim. Amma onların elə zəif oynaması mənim günahım deyil.

- Son həftələrdə siz klubların, yığmaların məşqlərini izləyirsiz, aparıcı klubların baş məşqçiləri ilə görüşürsüz. Nə kimi nəticələr çıxara bilmisiz?
- Mən gördüyüm məşqlərdən razı qaldım. Klublarda yaxşı iş aparılmaqdadı. Azərbaycan futbolunun inkişafı üçün daha bir neçə il lazımdı. Ancaq bundan sonra biz orta Avropa futbolu sərgiləyə bilərik.
 
- Bu məşqlərdə siz əsasən nələri bəyəndiniz?
- Qeyd etdiyim kimi, klublarda pis iş aparılmır. Lənkəran və Qəbələ kimi regionlarda heç də pis klublar yaradılmayıb. Orda görülən işlərin gələcəyə hesablanması da az əhəmiyyət daşımır. Həmçinin onu da qeyd etmək yerinə düşər ki, “Neftçi” də qısa zamanda özü üçün otel və futbolçuların hazırlığı üçün xüsusi meydan inşa etdirməyə hazırlaşır.
 
- Qəbələdə gördüklərinizi necə qiymətləndirirsiz?
- Orda ümumiyyətlə möhtəşəm futbol akademiyası və stadion inşa olunmaqdadı. Artıq hazırda onların 5 məşq meydançası var. Görünür, Toni Adams yaxşı işləyir. Bir neçə ildən sonra orda böyük inkişaf görmüş olacağıq.

- Bəs Mahir Şükürovun bu komandaya keçidini necə qiymətləndirərdiz?
- Bu, onun işidi. Bircə onu deyə bilərəm ki, Mahirin yaxşı baş məşqçisi olacaq. Adams ona düz yol göstərmiş olacaq. Bundan sonra hər şey futbolçunun özündən asılı olacaq.
 
- Belçika ilə oyuna apardığınız bəzi oyunçuların Almaniyadakı testlərə aparacağınız heyətə salınmaması nə ilə bağlıdı?
- Siz yəqin ki, ilk növbədə Cavid Hüseynovla Saşa Yunisoğlunu nəzərdə tutursuz. Mən onları yoxlamışam və razı qalmışam. İndi sadəcə başqa oyunçuları yoxlamaq istəyirəm.
 
- Artıq almanlarla iyunun 7-də Bakıda oynayacağımız dəqiqləşib. Bəs Lənkəranda bu seçmə mərhələdə kimlə qarşılaşacağıq?
- Biz oyunlarımızı başqa regionlarda da keçirməyə borcluyuq. Biz bir oyunumuzu Lənkəranda keçirəcəyik. Lakin həmin oyunun hansı rəqiblə olacağı hələ dəqiqləşməyib. Biz həmçinin bir neçə il sonra Qəbələdə də oynaya bilərik. O vaxta kimi “Qəbələ”nin stadionu hazır olacaq. Gəncəni də unutmaq olmaz. Təkcə paytaxtla kifayətlənmək olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.