18 aprel 2011 12:53
UEFA-dan azərbaycanlı hakim-inspektora yeni təyinat
Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, UEFA Regionlar kubokunun 6-cı qrupu çərçivəsində aprelin 23-dən 27-dək Çexiyanın Zlin şəhərində keçiriləcək oyunların hakim-inspektoru Murad Məmmədov olacaq.
Bu qrupda Litva, Macarıstan, Çexiya və Xorvatiyanı təmsil edən komandalar mübarizə aparacaq.
